Ərdoğan: Hədəfimiz Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Türkiyə təbii sərvətləri, coğrafi mövqeyi və karbohidrogen ehtiyatlarına yaxınlığı ilə qlobal enerji xəritəsində strateji yerə malikdir".
Oxu.Az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda baş tutan Təbii Sərvətlər Sammitində bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, Ankara yaxın gələcəkdə Xəzər dənizi vasitəsilə Türkmənistan qazını idxal etməyi planlaşdırır.
"Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik. Hədəfimiz beş il sonra Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir", - deyə Türkiyə prezidenti vurğulayıb.
Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub. İlin sonunadək isə bu həcmin 1,3 milyard kubmetrə çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















