Expressbank Bərdədə 300 ağac əkib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Expressbank “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib.
"APA-Economics" xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanlı kəndlərinin yolkənarı ərazilərində keçirilən aksiyada ümumilikdə 300 ədəd iqlim şəraitinə uyğun ağac əkilib. Təşəbbüsdə Expressbankın Baş ofis və Bərdə filialının əməkdaşlarından ibarət komanda fəal iştirak edib.
Ağacəkmə aksiyası ətraf mühitin qorunmasına, yaşıllıq sahələrinin artırılmasına və ekoloji məsuliyyət prinsiplərinin təşviqinə yönəlib.
Expressbank sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təbiətin mühafizəsinə və daha yaşıl mühitin formalaşmasına xidmət edən təşəbbüslərini bundan sonra da davam etdirməyi planlaşdırdığını bildirib.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial media platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Noyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















