Icma.az
close
up
RU
Ərdoğan hərəkətə keçir Şərifin səfərində sensasion gəlişmə: üç islam ölkəsi...

Ərdoğan hərəkətə keçir Şərifin səfərində sensasion gəlişmə: üç islam ölkəsi...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyəyə səfəri və burada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü beynəlxalq arenada diqqət çəkib. Xüsusilə Türkiyə liderinin açıqlamaları maraqla qarşılanıb. Ərdoğan görüş zamanı İstanbul-Tehran-İslamabad dəmiryolu xəttinin işlək vəziyyətə gətirilməli olduğunu bildirib. Şərifin Hindistanla gərginlikdən sonra Türkiyəyə səfəri diqqətlə izlənilir.

Sözügedən dəmiryol xəttinin əhəmiyyəti nədir? Bu, Türkiyəyə nə qazandıracaq?

Globalinfo.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, hazırda dünya fəal inteqrasiya mərhələsindən keçir:

“Hazırda bir çox beynəlxalq münaqişə ocaqları tədricən səngiməkdədir. Bu isə yeni əməkdaşlıq imkanları yaradır. Lakin qloballaşma siyasətini həyata keçirmək istəyən, görünməyən güclərin çox hiyləgər planları var. Onlar dünya idarəçiliyində rıçaqların yalnız öz əllərində olmasını istəyirlər. Təxminən 10-15 transmilli şirkətin bu prosesdə aparıcı rol oynaması hədəflənir. Burada söhbət mal dövriyyəsinə, logistik dəhlizlərə, strateji keçidlərə və boğazlara nəzarətdən gedir. Bu sahələr xüsusi diqqət mərkəzindədir. Qlobalist qüvvələr potensial rəqibləri neytrallaşdırmaq və onları siyasi oyundan kənarlaşdırmaq üçün süni şəkildə münaqişə ocaqları yaratmağa çalışırlar”.

Tofiq Abbasov qeyd edib ki, Pakistan və Hindistan arasında baş verən son gərginlik də bu kontekstdə qiymətləndirilməlidir:

Tofiq Abbasov

“Pakistan-Hindistan qarşıdurması təsadüfi deyildi. Hindistan hökumətinin radikal və islamofob meyillərə malik olması məlumdur. Bu zəmin üzərində Hindistanı qızışdıraraq münaqişəyə cəlb etdilər. 26 nəfərin ölümünə səbəb olan terror aktından sonra iki qonşu dövlət arasında silahlı toqquşmalar başladı. Bu, çox təhlükəli ssenaridir. Münaqişənin arxasında dayanan görünməz güclər xalqları bir-birinə qarşı qoymağa çalışır”.

Politoloqun fikrincə, Hindistan və Pakistan arasında yaranmış vəziyyətə nə Azərbaycan, nə də Türkiyə biganə qalmayıb:

“Azərbaycan bu məsələdə birmənalı şəkildə dostu olan Pakistanı dəstəklədi və yanında olduğunu bildirdi. Pakistan Baş nazirinin Türkiyəyə səfəri də bu baxımdan önəmli idi. Ankara-Tehran-İslamabad xətti strateji əhəmiyyətə malikdir. Bu üç ölkə arasında xalqların bir-birinə yaxınlaşdırılması inteqrasiyanın dərinləşməsinə xidmət edir. Eyni zamanda bu, İslam dünyasının vahid mövqedən çıxış etməsinin vacibliyinə işarədir. Çünki düşmənlərin məkrli niyyətlərinə qarşı yalnız birgə və mütəşəkkil şəkildə cavab vermək mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri