Ərdoğan İzmirdəki zavod qəzası ilə bağlı vəziyyəti nəzarətə götürüb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirin Aliağa rayonundakı dəmir-polad zavodunda baş vermiş partlayışla bağlı prosesləri yaxından izləyir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan 10 nəfərin həyatını itirdiyi, 4-ü ağır olmaqla 15 nəfərin yaralandığı qəzadan sonra Daxili İşlər naziri Mustafa Çiftçi və Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə danışıqlar aparıb.
O, hadisənin təfərrüatları, eləcə də ərazidə yürüdülən xilasetmə və fəsadların aradan qaldırılması işləri barədə ətraflı məlumat alıb.
Qeyd edək ki, hadisə Aliağa rayonunun Bozköy məhəlləsində fəaliyyət göstərən "HABAŞ Demir Çelik A.Ş." müəssisəsində saat 12:00 radələrində qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 09 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















