Icma.az
close
up
RU
Ərdoğan: “Məkkə sazişi”nə başqa ölkələr də qoşula bilər

Ərdoğan: “Məkkə sazişi”nə başqa ölkələr də qoşula bilər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Cəzirə" telekanalına müsahibəsində gündəmlə bağlı bir sıra məsələlərə toxunub.

Modern.az xəbər verir ki, Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaxın zamanda imzalanmış təhlükəsizlik yönümlü "Məkkə Birgə Müdafiə Sazişi" barədə də danışıb.

“İlk növbədə "Məkkə Sazişi" fərqli bir dəyişiklik idi. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə bu üçtərəfli sazişin imzalanması dünyaya mühüm mesaj verməyimizə imkan yaratdı. Sazişin Məkkədə imzalanması və üç ölkə tərəfindən həyata keçirilməsi bizə əlavə güc, dünyaya isə fərqli mesaj verdi. İnanıram ki, həm Pakistan, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı bu sazişdən böyük məmnuniyyətlə ayrılıb. Xeyirli olsun”, – Ərdoğan deyib.

Türkiyə Prezidenti ABŞ və İran arasında gərginliyin yaşandığı bir vaxtda belə bir sazişin imzalanmasının dünya sülhü baxımından mühüm mesaj olduğunu vurğulayıb.

“Dünya sülhünə mühüm mesaj deyirəm. Çünki Türkiyə sülh tərəfdarı olan ölkə kimi Məkkənin seçilməsini sülh naminə mühüm addım hesab edir. İranla ABŞ arasındakı prosesdə biz də sülh tərəfdarı olduğumuzu daim vurğuladıq. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı olaraq sülhü müdafiə edən ölkələr kimi mövqeyimizi ortaya qoyduq. Bundan sonra da sülhün tərəfdarı olan ölkələr kimi bu yolda davam edəcəyik”, – deyə Ərdoğan bildirib.

Məkkə Sazişinin NATO-nun 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə bənzəyib-bənzəmədiyi barədə suala cavab verən Ərdoğan bildirib ki, üç ölkədən hər hansı birinə hücum olacağı təqdirdə digər tərəflər birgə müdafiə tədbirləri görə biləcək.

“NATO-nun 5-ci maddəsi nələri ehtiva edirsə, burada da ortaq müdafiə anlayışı eyni məntiqə əsaslanır. Hər hansı problem yaranacağı təqdirdə bu üç ölkə birlikdə lazımi addımı ata biləcək. Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı, yəni bu üç ölkədən hər hansı birinə hücum olarsa, ortaq müdafiə paktına uyğun olaraq digər iki ölkə lazımi müdafiəni həyata keçirə bilər”, – Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan digər ölkələrin də "Məkkə Sazişi"nə qoşula biləcəyini bildirib.

“Hazırda bu üç ölkədən başqa, onlara əlavə olaraq başqa ölkələr də istənilən vaxt qoşula bilər. Təkcə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan deyil, digər ölkələrin də aramıza qatılması mümkündür. Sazişi imzalayarkən bunu açıqlamışdıq və bildirmişdik ki, bundan sonrakı mərhələdə qoşulmaq istəyən ölkələr üçün qapımız açıqdır”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Misirin də istəməsi halında sazişə qoşula biləcəyini vurğulayıb.

“Misir də arzu edərsə, bu üç ölkə arasında razılaşma əldə edər və Misirə də qapısını açar”, – Ərdoğan deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri