Icma.az
close
up
RU
Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycana son səfəri, məncə, yalnız Zəfər Gününün birgə keçirmək arzusundan irəli gəlmirdi. Düzdür, Türkiyə ilə Azərbaycan arasında müəyyən sərinliyi olduğu indiki zamanda bu təşəbbüsə böyük ehtiyac vardı və iki ölkənin liderləri yenidən bir araya gəlməli, dünyaya “biz bir yerdəyik” mesajı verməli idilər və çox şükür ki, bu arzumuz reallaşdı. Bununla belə, Ərdoğanın Şuşaya səfərinin bir başqa çox önəmli və praqmatik səbəbi də vardı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Heydər Oğuz deyib.

Onun fikrincə, ən önəmli səbəblərdən biri “Bir Yol, Bir Kəmər” layihəsinə Cənubi Koreyanı cəlb etməklə bağlı ola bilər:

“Təsadüfi deyil ki, Rəcəb Tayib Ərdoğan Azərbaycan ziyarətinə Cənubi Koreya səfəri ərəfəsində qərar vermişdi. Seul yolçuluğunda Azərbaycanın və Qazaxıstanın hava məkanından keçərkən iki qardaş ölkənin xalqına və prezidentlərinə isti mesajlar verərək yoluna davam etmiş, Seulda rəsmi görüşlərini bitirdikdən sonra keçirdiyi mətbuat konfransında Zəfər Günü münasibətilə Azərbaycana gedə biləcəyini açıqlamışdı. Fikrimcə, bu, Seul görüşünün tələblərindən irəli gələn zərurət idi. Belə ki, Cənubi Koreya Prezidenti ilə görüşdə Ərdoğan əsasən 5 sahədə əməkdaşlıq üçün razılığa gəldiklərini bəyan etdi. Bu sahələri qısaca belə özətləmək olar:

1) İqtisadi əlaqələri genişləndirmək, iki dövlət arasında ticarət dövriyyəsini 11 milyard dollardan 15 milyarda yüksəltmək;

2) Nadir torpaq elementlərinin emalı, bir sıra qabaqcıl texnologiya sahələrində, xüsusən də batareya istehsalı, süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlıq;

3) Nüvə enerjisi və yeni santralların qurulmasında birgə fəaliyyət;

4) Hərbi sənaye sahəsində əməkdaşlıq;

5) Ortaq bazarlar yaratmaq.

Göründüyü kimi, Ərdoğanın Cənubi Koreyaya səfəri böyük strateji əhəmiyyət daşıyırdı. Və bu hədəflərin Mərkəzi Asiya və Azərbaycanla da birbaşa əlaqəsi var. Qeyd edim ki, Ərdoğanın bu səfərindən hardasa 45 gün əvvəl, 16 sentyabr 2026-cı il tarixində Cənubi Koreya Prezidenti Li Ce Myonq Mərkəzi Asiya ölkələrinin başçılarını Seula dəvət etmiş və C5+K formatında ilk zirvə toplantısı keçirmişdi. Zirvənin əsas məqsədi Mərkəzi Asiya ölkələrinin nadir torpaq elementlərinin Cənubi Koreyaya daşıma yollarının müzakirəsi idi.

Məsələ burasındadır ki, Qazaxıstanın və Özbəkistanın zəngin ehtiyatları, Cənubi Koreyanın isə bu materiallara böyük ehtiyacı var. Seul Türkistanın bu potensialından faydalana bilsə, Çinə olan bağlılıqdan canını qurtarar. Belə ki, Seul yeni texnologiyaların istehsalında ehtiyac duyduğu nadir torpaq elementlərinin 82%-ni Çindən alır. Çin isə bu sərvətindən strateji silah kimi istifadə edir və istədiyi an ixracı dayandırır. Nəticədə alıcı ölkənin sənayesi alt-üst olur. 2010-cu ildə buna bənzər hadisəni Yaponiyanın başına gətirmişdi. Cənubi Koreya da eyni vəziyyətlə üzləşməmək üçün yeni alternativlər tapmalıdır. Ən yaxşı alternativ isə Mərkəzi Asiya ölkələri ola bilər”.

Bu məsələdə önəmli bir problem olduğunu xatırladan Heydər Oğuz əsas məsələnin logistikadan qaynaqlandığını vurğulayıb:

“Dərd burasındadır ki, Cənubi Koreya ilə Mərkəzi Asiya arasında birbaşa əlaqə yoxdur. Bunun üçün Seul hakimiyyətinin qarşısında bir neçə variant var, amma bu variantların hamısı düşmən və ya rəqib ölkələrin ərazisindən keçir. Məsələn, Cənubi Koreyadan Mərkəzi Asiyaya şimal istiqamətindən getmək üçün mütləq Şimali Koreya və Rusiya ərazilərindən keçməlisən. Şimal-qərb istiqamətində isə Çin kimi nəhəng dayanır. Deməli, Şimali Koreya üçün ən optimal variant Mərkəzi Asiyanın nadir torpaq elementlərini öz ölkəsinə daşımaq yox, yerindəcə emal edib, hazır məhsul kimi gətirməkdir. Məhz bu məqamda Türkiyəyə ehtiyac ortaya çıxır.

Əvvəla, ona görə ki, Mərkəzi Asiyaya qoyulacaq investisiyanın müdafiəsi və mühafizəsi tələb olunur. Bunun üçün isə Mərkəzi Asiya ölkələrini düşmənlərdən qoruyan güclü ordu qurulmalıdır. Türkiyənin də Türk dünyası projesi olduğunu nəzərə alsaq, bu variantda qardaş ölkə ən yaxşı və etibarlı seçənək kimi görünür.

İkincisi, ona görə ki, Türkiyə bərk ayaqda həm də logistik ötürücü rolu da oyanaya bilər. Yəni Mərkəzi Asiyadan həmin mallar Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyəyə, Türkiyədən isə dəniz yoluyla Koreyaya daşına bilər. Düzdür, bu yol xeyli uzundur, amma dar ayaqda, heç bir variant qalmayanda gözdən keçirilməsi mümkündür.

Üçüncüsü, ona görə ki, Türkiyənin özü də nadir torpaq elementləri ilə zəngin ölkədir. Gələcəkdə onun bu potensialından faydalanmaq olar”.

Heydər Oğuzun fikrincə, Koreya ilə başlayan bu təşəbbüsə yaxın gələcəkdə Yaponiya da qoşula bilər və bu planlar Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycanın da, Türkiyənin də maraqlarına tam uyğundur:

“Ən gözəl tərəfi isə odur ki, Koreya və Yaponiya kimi logostik potensialı geniş olmayan ölkələrin bu projeni həyata keçirməsi regional dövlətlərin də müasir sənaye quruculuğunda əhəmiyyətli rol oynaya bilər. Başqa sözlə desək, biz artıq xammal dövləti olmaqdan çıxıb sənayeləşmiş ölkəyə çevrilə bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri