Icma.az
close
up
RU
Ərdoğan: Qəzzaya gündə 600 TIR humanitar yardım göndəriləcək

Ərdoğan: Qəzzaya gündə 600 TIR humanitar yardım göndəriləcək

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail və HƏMAS arasında əldə edilən razılaşmaya əsasən, Qəzzaya hər gün 600 yük maşını (TIR) humanitar yardım aparacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlayıb.

“Qəzza nəhəng bir dağıntı qalasına çevrilib. İnsanlar qovulduqları yerlərə qayıdırlar, amma nə ev, nə xəstəxana, nə məktəb var. Faktiki olaraq bir dənə də bina qalmayıb. Türkiyə Qəzzaya ən böyük həcmdə yardım göndərən ölkələrdən biridir - indiyədək 102 min ton humanitar yardım göndərmişik. Son bir neçə gündə isə 350 TIR çatdırılıb. İndi yeni razılaşmaya əsasən gündə ən azı 600 TIR humanitar yardım daşınacaq”, - deyə o bildirib.

Türkiyə lideri bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Qəzzanın yenidən qurulması ilə bağlı birgə layihələr hazırlayır:

“Bu layihələrin həyata keçirilməsi üçün ciddi maliyyə dəstək lazımdır. Əminəm ki, bu dəstək veriləcək. İndi əsas məqsəd - iki dövlətli həllə nail olmaq üçün səyləri gücləndirməkdir”.

Ərdoğan həmçinin vurğulayıb ki, Qərb ölkələrinin Fələstin dövlətini tanıması prosesi simvolik addım deyil, iki dövlətli həllin təməl daşı olmalıdır:

“Bu məsələni həm Fransa prezidenti Emmanuel Makron, həm də Britaniyanın baş naziri Key Starmerlə müzakirə etmişəm. Uzun illərdən sonra ilk dəfə Fələstin məsələsi yenidən dünyanın diqqət mərkəzinə çevrilib.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri