Mustafa Sandalın həyat yoldaşından 4 milyardlıq qalmaqalla bağlı AÇIQLAMA
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın həyat yoldaşı Melis Sandal investisiya fondları ilə bağlı aparılan istintaq çərçivəsində yenidən gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Melis Sandalın “A1 Capital Yatırım Menkul Değerler” şirkətindəki hesablarında olan 4 milyard 316 milyon 465 min 88 lirə məbləğindəki pul müvafiq geri qaytarılma hesablarına köçürülüb.
İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Cinayət Gəlirlərinin Leqallaşdırılması üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində sentyabrın 29-da Melis Sütşurup Sandal və atası barəsində saxlanılma qərarı çıxarılıb, onların əmlakları üzərinə həbs qoyulub.
İstintaq zamanı ümumilikdə 47-si fiziki şəxs olmaqla 106 şəxs və təşkilatın əmlakına məhdudiyyət qoyulması tələb edilib. Araşdırma çərçivəsində Melis Sandala məxsus investisiya hesablarındakı əməliyyatlar dayandırılıb. Həmin hesablarda olan 4 milyard 316 milyon 465 min 88 lirə sonradan müvafiq hesablara köçürülüb.
Melis Sandalın vəkili isə daha əvvəl verdiyi açıqlamada müvəkkilinin investisiyalarının fondlarda qaldığını və onun fond böhranının zərərçəkəni olduğunu müdafiə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















