Ərdoğan: Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur.
Xalqcebhesi.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, ölkənin gələcəyinə artıq Suriya xalqının bütün mənsubları qərar verəcək.
Ərdoğan bölgədəki hadisələrin alovlanmasının heç kimə faydasının olmayacağını da vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin milli təhlükəsizliyə qarşı atılan bütün addımların qarşısının alınacağını əlavə edərək, regional və beynəlxalq aktyorları Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb.
"Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Arzumuz qonşumuz Suriyanın 13 ildir həsrətində olduğu sülh və əmin-amanlığa nail olmasıdır", - Ərdoğan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Dekabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















