Icma.az
close
up
RU
Ailəliklə peşə təhsili alanlar “Bu imkanı bir şans saydıq”

Ailəliklə peşə təhsili alanlar “Bu imkanı bir şans saydıq”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəmsiyyə Alışanova Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. “Tarix müəllimliyi” ixtisası üzrə təhsilini başa vurduqdan sonra turizm zonası olan Qəbələdə zamanın tələbinə cavab verən bir ixtisasa yiyələnməyi düşünüb. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Azərbaycan müəllimi”nə danışıb.

Ş.Alışanova qeyd edib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən təhsil sərgilərində iştirak edərkən maarifləndirici ekoturizm layihələri ilə tanış olub:

“Bu imkanı özüm üçün bir şans saydım və “Turizm təşkilatçılığı” ixtisası üzrə ikinci təhsil almağa qərar verdim. Hazırda təhsilim uğurla davam edir. 1 illik dual təhsil alıram. Attestat qiymətlərim yüksək olduğu üçün təhsil müəssisəsində əlaçı təqaüdü ilə oxuyuram”.

O, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün şans sayıla biləcək geniş imkanlar olduğunu deyib: “​Məsələn, mərkəzin tərəfdaşları yüksək standartlara cavab verən nüfuzlu şirkətlər olduğundan təcrübəçi tələbələr geniş karyera imkanları ilə yanaşı, üstün bacarıqlar əldə edirlər. Burada aldığmız təhsil sayəsində artıq ingilis dilində öz fikirlərimi sərbəst formada ifadə edirəm. Təcrübə proqramı çərçivəsində yüksək standartlı turizm müəssisələrində ingilis dilində danışmalı olur, istər-istəməz dil biliklərimizi yaxşılaşdırırıq. Bu minvalla nəinki ingilis dilində səviyyəmi inkişaf etdirmişəm, hətta ərəbcə də öyrənməyə başlamışam. Təcrübə müddətində rayonumuza gələn çoxsayılı ərəb turistlərlə danışır, danışa-danışa ərəbcə öyrənirəm. Hazırda həmin dildə fikirlərimi ifadə edə bilirəm”.

Şəmsiyyənin anası da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. Sənubər Alışanova 2024-cü ildə “Heyvandarlıq” ixtisası üzrə keçmiş məcburi köçkünlər üçün təşkil olunan qısamüddətli kurslarda iştirak edib. 

Ailənin daha bir üzvü - Sənubər Alışanovanın oğlu Nurlan da hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasının tələbəsidir.1 illik dual qrupda dövlət hesabına təhsil alan Nurlan Alışanov Qarabağın terrorçulardan təmizlənməsi prosesinin fəal iştirakçılarındandır.

Bir vaxtlar Kəlbəcərdən məcburi köçkün olan ailənin gələcək planları məhz Kəlbəcəryönümlüdür. Kəlbəcərə qayıtmaq üçün orada ən çox ehtiyac hiss edilən peşələri seçir, onlara lazım olacaq bacarıqlar əldə edirlər. 52 yaşında təhsil almaq üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə üz tutan Sənubər Alışanova da, ali təhsilli qızı Şəmsiyyə və qəhrəman oğlu Nurlan da peşə təhsilinin əhəmiyyətini bilirlər.

Bir peşə təhsili müəssisəsi olaraq fəaliyyətində böyük nailiyyətlər əldə edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi isə, sadəcə Alışanovlar ailəsinin deyil, 30-dan çox ailənin şans sayaraq etdiyi həyati seçimdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri