Ərdoğan Suriyanın regional münaqişədən kənarda qalmasının vacib olduğunu deyib
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə telefon danışığında deyib ki, Dəməşqin regiondakı mövcud münaqişə vəziyyətindən kənarda qalması lazımdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının verdiyi məlumatda bildirilib.
"Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı baş tutub. İsrail və İran arasındakı münaqişə, eləcə də regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan İsrailin təhrik etdiyi zorakılıq spiralının regionumuzu təhdid etdiyini və Suriyanın bu münaqişə vəziyyətindən kənarda qalmasının vacib olduğunu bildirib", - deyə məlumatda qeyd edilib.
Prezident Ərdoğan həmçinin bildirib ki, “İsrail təcavüzünün yaratdığı indiki şəraitdə terror təşkilatları və radikal ünsürlərlə bağlı məsələlərə daha çox diqqət yetirmək lazımdır”.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:Ərdoğan: “Suriyanın bölünməsi olmayacaq”
01 Oktyabr 2025 17:58
Ərdoğan Suriyanın yenidən bölünməsinin yolverilməz olduğunu bildirib AZƏRTAC
10 Dekabr 2024 21:54
“Suriyanın bölünməsinə razı olmayacağıq” Ərdoğan
06 Yanvar 2025 22:09
Suriyanın bölünməsinə icazə verməyəcəyik Ərdoğan
17 İyul 2025 21:50
Suriyanın yenidən bölünməsi yolverilməzdir Ərdoğan
10 Dekabr 2024 22:00
Baxış sayı:94
Bu xəbər 14 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















