Icma.az
close
up
RU
Bakı metrosu: Bəzi sərnişinlər qapıları zorla açmağa, saxlamağa cəhd edir

Bakı metrosu: Bəzi sərnişinlər qapıları zorla açmağa, saxlamağa cəhd edir

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Bəzi sərnişinlər stansiyalarda “hüdud xətti”ni keçərək qatarların hərəkətinə mane olurlar”

Bunu Bakıvaxtı.az-a  “Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu hallar daha çox “Nizami” və “İnşaatçılar” stansiyalarında müşahidə olunur:

“Məsələn, “Elmlər Akademiyası”nı tərk edən qatarın “İnşaatçılar”da çıxışa icazəsi yoxdur, eyni qayda ilə “İnşaatçılar”dan çıxan qatar “Elmlər”də yoluna davam edə bilmir. Səhər saatlarında bir neçə istiqamətdə, xüsusilə də sıxlıq vaxtı bu cür məhdudiyyətlər olur”.

Metropoliten rəsmisi bildirib ki, bəzi sərnişinlər qatar stansiyaya daxil olarkən qapını tutub saxlayır və ya hüdud xəttini keçir:

“Biz sərnişinləri ittiham etmirik, amma təəssüf ki, bu hallar təkrarlanır. Bəzən üç gündə bir, bəzən ayda iki dəfə baş verir. Buna görə stansiyalarda tez-tez elanlar səsləndirilir. Çünki interval azaldıqca, yəni qatarların hərəkət sıxlığı artdıqca, təhlükəsizlik tədbirlərinə daha çox diqqət yetirməliyik”.

B.Məmmədov əlavə edib ki, səhər saat 8-9 arası “Neftçilər”, “Koroğlu” və “Əhmədli” istiqamətlərində sıxlıq daha çox olur:

“Sıxlıq səbəbindən bəzən “Neftçilər”dən gələn qatarlar geri qaytarılır. Bu, texniki zərurətdir və həmin vaxt “Əhmədli”yə doğru hərəkət edən qatarlarda interval ikiqat ola bilər. Amma bu hal uzun çəkmir, dərhal tənzimlənir”.

Bəxtiyar Məmmədov əlavə edib ki, “Nərimanov”dakı elektrik deposu xəttin ortasında yerləşdiyi üçün bəzi vaxtlarda qatarlarda qısa fasilələr yaranır.

Sonda qurum vətəndaşlara müraciət edib:

“Xahiş edirik, stansiyalarda hüdud xəttini keçməyin, qapıları zorla açmağa və ya saxlamağa cəhd etməyin. Qatar stansiyaya daxil olarkən siqnal səsləri təhlükəsizlik üçündür. Bəzən sərnişinlər bu siqnalın səbəbini anlamır, amma bu, sizi qorumaq məqsədi daşıyır. Texniki tərəfdən hər şey nəzarət altındadır. Bizim üçün əsas olan sərnişinin təhlükəsizliyidir”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri