Ərdoğan: Türkiyə Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayır
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Biz illər boyu çəkilən iztirabların bir daha təkrarlanmamasına və Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət veririk.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayırıq. Biz sülh sazişinin mətni üzrə razılaşmanı sabitliyə gedən yolda mühüm hadisə kimi qiymətləndiririk. Bu prosesin ən qısa zamanda başa çatmasını istəyirik. Biz görürük ki, müharibənin qalibi olan Can Azərbaycan regionda sülhün memarı oldu”, - o qeyd edib.

Bu, Azərbaycan, Ermənistan və Türkiyə üçün faydalı olacaq Ərdoğan
29 May 2025 20:04
Azərbaycan və Ermənistan barışsın: Ərdoğan
11 Dekabr 2024 10:52
Azərbaycan və Ermənistan arasında tarixi fürsət yarandı Ərdoğan
10 Dekabr 2024 23:23
Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik Ərdoğan
11 Aprel 2025 14:30

