Ərdoğan Zelenski görüşü başa çatdı: Ukrayna Rusiya ilə bağlı mövqeyini bildirəcək KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən görüş başa çatıb.
KONKRET.az xəbər verir ki, təxminən üç saat davam edən görüşdən sonra Zelenskinin Rusiya nümayəndə heyəti ilə danışıqlara dair Ukraynanın mövqeyini açıqlayacağı gözlənilir.
Bundan əvvəl Zelenski bildirmişdi ki, Ərdoğanla görüşdən sonra Moskva ilə mümkün danışıqlarla bağlı rəsmi mövqeyini bəyan edəcək.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargah İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 15 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















