Icma.az
close
up
RU
Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 29 may, AZƏRTAC

Zəngəzur dəhlizi Cənubi Qafqazın geosiyasi gələcəyinə, Türk dünyasının inteqrasiya potensialına, regional güc balansının transformasiyasına, Avrasiyada enerji və ticarət proseslərinə birbaşa təsir edən çoxsəviyyəli strateji layihədir.

AZƏRTAC xəbər verir ki, bu fikri beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert Mehmet Gökhan Özçubukçu jurnalistlərə bildirib. O, Zəngəzur ərazisinin tarixən azərbaycanlıların yaşadığı bir bölgə olduğunu və bunun Azərbaycanın coğrafi bütövlüyü üçün çox vacib əhəmiyyət kəsb etdiyini xatırladıb.

“Sovet dövründə Zəngəzur bölgəsinin bir hissəsinin Ermənistana verilməsi Azərbaycanın böyük bir hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini kəsdi və sonuncunu anklava çevirdi. Söhbət təkcə Azərbaycanın coğrafi bölgüsündən deyil, həm də Türk dünyasının bütövlüyünün məhv edilməsindən gedir”, - deyə M.G.Özçubukçu bildirib. Onun sözlərinə görə, Türkiyədən Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya və Çinə qədər uzanan yeni nəqliyyat və logistika arteriyası işə düşdüyü təqdirdə, bu marşrut Avrasiyanın geoiqtisadi mərkəzinə çevriləcək.

“Xüsusilə son illərdə qlobal ticarət yollarının transformasiyası Zəngəzur dəhlizinin əhəmiyyətini artırıb. Rusiya-Ukrayna müharibəsinin mənfi nəticələri, Qırmızı dəniz və Süveyş kanalı bölgəsində təhlükəsizlik böhranı və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində alternativ marşrutlar yaratmaq istəyi Orta Dəhlizin strateji dəyərini əhəmiyyətli dərəcədə artırıb. Zəngəzur dəhlizi də məhz burada oyuna daxil olur”, - deyə türkiyəli ekspert bildirib və bu məsələnin yalnız iqtisadiyyat müstəvisi ilə məhdudlaşmadığını vurğulayıb. Onun fikrincə, 44 günlük Vətən müharibəsindən sonrakı dövr Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirərək regiondakı status-kvonu dəyişdirib, Zəngəzur dəhlizi isə mövcud geosiyasi reallıqları möhkəmləndirərək bu transformasiyanın iqtisadi və strateji təməlini formalaşdırır. O, həmçinin yeni marşrutun Türk dünyası üçün simvolik və strateji əhəmiyyətini vurğulayıb.

“Türkiyədən Azərbaycana, daha sonra Qazaxıstan, Özbəkistan və digər Orta Asiya ölkələrinə fasiləsiz əlaqə imkanı Türk Dövlətləri Təşkilatının praktiki olaraq güclənməsinə töhfə verəcək. Uzun illər mədəni diskurs səviyyəsi ilə məhdudlaşan Türk dünyasının inteqrasiyası konkret geosiyasi və iqtisadi təməl qazanacaq. Buna görə də Zəngəzur dəhlizi təkcə tranzit yolu deyil, həm də Avrasiyaya yönəlmiş yeni geosiyasi arxitekturanın təməli kimi də qəbul edilir”, - deyə M.G.Özçubukçu bildirib.

Zəngəzur dəhlizinin Türkiyə üçün əhəmiyyətinə gəldikdə, ekspert qeyd edib ki, bu layihə Ankaranın Avrasiya və Türk dünyasına yönəlmiş çoxşaxəli geosiyasi strategiyasının vacib elementi hesab olunur: “Başqa sözlə, Zəngəzur dəhlizi Ankara üçün sadəcə tranzit təşəbbüs deyil, həm də iqtisadi, strateji, diplomatik və geomədəni təsir aspektləri olan hərtərəfli regional layihədir. Əminəm ki, bu marşrut Türkiyənin uzunmüddətli strateji hədəflərinin mərkəzində qalacaq”.

O qeyd edib ki, Zəngəzur dəhlizinin açılışı Ankaraya Orta Asiya regionuna daha qısa, daha iqtisadi və daha təhlükəsiz çıxış imkanı təmin edəcək.

“Bu, həm nəqliyyat xərclərini azaldacaq, həm də Türkiyənin Avrasiya ticarətində strateji əhəmiyyətini artıracaq. Zəngəzur dəhlizinin açılışı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsi, Cənubi Qafqazda sabitliyin və təhlükəsizlik arxitekturasının möhkəmlənməsi deməkdir”, - deyə türk ekspert fikrini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri