Ərdoğandan Ahbap qalmaqalına ilk reaksiya
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-ci Kommunikasiya Şurasında çıxışı zamanı 6 fevral zəlzələlərindən sonra baş verən hadisələrə toxunaraq, fəlakətdən siyasi və iqtisadi məqsədlər üçün istifadə edənlərin artıq ədalət qarşısında cavab verdiyini bildirib.
Milli.Az xəbər verir ki, Ərdoğan ad çəkməsə də, son günlər gündəmdə olan "Ahbap" Dərnəyi və onun rəhbəri Haluk Levent ətrafında yaranmış korrupsiya iddialarına işarə edib. O qeyd edib ki, son həftələrdə üzə çıxan məlumat və sənədlər zəlzələ dövründə dövlətə və millətə qarşı müxtəlif əməliyyatların həyata keçirildiyini göstərir.
"Zəlzələdən siyasi və iqtisadi mənfəət üçün istifadə edənlər indi ədalət qarşısında cavabdehdirlər", - deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan çıxışında dezinformasiyanın milli təhlükəsizlik məsələsinə çevrildiyini də bildirib. Onun sözlərinə görə, sosial media platformaları cəmiyyətin reaksiyalarına ciddi təsir göstərir, həqiqətlə qavrayış arasındakı fərqi artırır və ictimai etimadı zəiflədir.
Prezident qeyd edib ki, hökumət dezinformasiyanın bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcək və dövlətə qarşı istifadə olunan heç bir resursa imkan verilməyəcək.
Qeyd edək ki, Ərdoğan bu fikirləri Ankarada ATO Konqresiumunda keçirilən 2-ci Kommunikasiya Şurasında səsləndirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 28 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















