Ərdoğandan bugünkü silahlı insidentə sərt reaksiya
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı İsrail Baş Konsulluğu yaxınlığında baş verən insidenti təxribat adlandırıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, dövlət başçısı Türkiyənin belə təxribatlara imkan verməyəcəyini bildirib.
“Bu gün İstanbulda törədilən və qəhrəman təhlükəsizlik qüvvələrimizin uğurlu addımları sayəsində qarşısı alınan bu xain hücumu qınayırıq. Üç terrorçu zərərsizləşdirilib – biri öldürülüb, ikisi yaralanıb. Qəhrəman polis zabitlərimizdən ikisi yüngül yaralanıb. Terrorizmin bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyik. Bu günkü kimi xain və planlaşdırılmış təxribatlarla Türkiyənin təhlükəsizliyinə zərər vurulmasına imkan verməyəcəyik”, – o deyib.
Prezident Ərdoğan əlavə edib ki, İstanbul Baş Prokurorluğu və kəşfiyyat xidmətləri hücumla bağlı təcili araşdırmaya başlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Aprel 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















