Ərdoğandan İrandan raket atılmasına REAKSİYA
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hava məkanını pozan istənilən təhdidə qarşı zəruri tədbirlərin görüldüyünü bildirib.
Modern.az xəbər verir ki, Ərdoğan çıxışında Türkiyə istiqamətində atılan üçüncü ballistik raketin təxribat xarakterli olduğunu vurğulayaraq, Ankara tərəfindən hadisələrin çox diqqətlə izlənildiyini qeyd edib.
“Hadisələrin yalnız görünən tərəfinə deyil, əsasən pərdə arxasında baş verənlərə də diqqət yetiririk. Heç bir ehtimalı və heç bir ssenarini istisna etmir, bütün prosesləri ən xırda detallara qədər təhlil edib araşdırırıq. Bu çərçivədə, dünən gecə olduğu kimi, hava məkanımızı pozan hər cür təhdidin qarşısının alınması üçün lazımi tədbirləri görürük. Ölkəmizi bu od çuxurundan uzaq saxlamaq bizim birinci prioritetimizdir”, – deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan Türkiyə vətəndaşlarına müraciət edərək, İrana qarşı hücumlar fonunda qızışdırılmağa çalışılan məzhəb və etnik xarakterli təxribatlara qarşı diqqətli olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Mart 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















