Ərdoğandan nazirin hücuma məruz qalmasına münasibət
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.
Adalet.az “Haber Global”a istinadən xəbər verir ki, o, İstanbul Enerji Forumunda çıxışı zamanı Komissiyaya hücum çəkərək müxalifətçilik etdiklərini düşünənlərin yanıldıqlarını söyləyib.
"Biz şəhər quldurluğuna boyun əyməmişik. Bundan sonra da əyməyəcəyik”, - Ərdoğan deyib.
Qeyd edək ki, noyabrın 20-da TBMM-də Ali Yerlikayaya hücum olub. Deputatlar nazirin son qəyyum təyinatlarına etiraz ediblər.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik hadisəni qəbuledilməz adlandırmış, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) üzr tələb etmişdi.
Baxış sayı:49
Bu xəbər 22 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















