Ərdoğandan Zəfər Günü paylaşımı: Can Azərbaycan...
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Qarabağ zəfərinin 4-cü ildönümünü böyük coşqu və qürur hissi ilə qeyd edən Can Azərbaycanı Azərbaycan xalqının Zəfər günü münasibətilə ürəkdən təbrik edirəm.
Qardaşım Prezident İlham Əliyevin şəxsində 44 günlük Vətən müharibəsini zəfərə çatdıran Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsublarını dövlətim və millətim adından hörmətlə salamlayıram.
Tarixə adını şərəflə yazdıran bütün şəhidlərimizi rəhmətlə anır və ruhu şad olsun deyirəm.
Qarabağ səmalarında nazlı hilal dalğalansın deyə canından keçən qəhrəmanları hər zaman minnətdarlıqla yad edəcəyik”.
Baxış sayı:61
Bu xəbər 08 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















