Ərdoğandan Zəfər Günü paylaşımı “Dost və qardaş Azərbaycanın...”
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.
Türkiyə lideri sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Qarabağın 30 illik işğaldan azad edilməsinin altıncı ildönümünü və Azərbaycanın Zəfər Gününü təbrik edib.
“Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümünü, dost və qardaş Azərbaycanımızın Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti bu qələbənin qazanılması uğrunda canından keçən şəhidlərin xatirəsini də ehtiramla yad edib.
“Bu böyük qələbəni qanı və canı ilə gerçəkləşdirən, Vətən uğrunda torpağa düşən bütün şəhidlərimizi rəhmətlə yad edirəm”, – deyə o, paylaşımında qeyd edib.
Post navigationPrevious: Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Baxış sayı:35
Bu xəbər 08 Noyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















