Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Ərdoğanın 3 cü dəfə namizədliyi üçün YOL AÇILIR Süleyman Erdemdən PROQNOZ

Ərdoğanın 3 cü dəfə namizədliyi üçün YOL AÇILIR Süleyman Erdemdən PROQNOZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Seçki strategiyası müxalifəti parçalamaq üzərində qurulub”

Türkiyədə 2028-ci ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri ilə bağlı siyasi müzakirələr artıq seçkinin mümkün vaxtı, namizədlər və partiyalar arasındakı münasibətlər ətrafında intensivləşir.

Xüsusilə hakim Cümhur İttifaqının gələcək seçki strategiyası, “Terrorsuz Türkiyə” prosesi çərçivəsində DEM Partiyası ilə münasibətləri və bu prosesin 2028-ci il seçkilərinə mümkün təsirləri diqqət çəkən əsas məsələlər sırasındadır. Seçkilərin vaxtından əvvəl keçirilib-keçirilməyəcəyi ilə yanaşı, mümkün seçki ssenarilərində prezidentliyə namizədlərin müəyyənləşməsi və partiyaların ikinci turda tutacağı mövqe də siyasi mənzərənin formalaşmasında mühüm rol oynaya bilər. 

Sahipkıran Strateji Araşdırmalar Mərkəzinin drektoru Süleyman Erdem Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini Sherg.az-la bölüşüb: 

"Erkən seçkilərlə bağlı iddialar dolaşır. Lakin mən hesab edirəm ki, seçkilər texniki baxımdan Prezident Ərdoğanın yenidən namizəd olmasına imkan verəcək şəkildə, normal vaxtından çox qısa müddət əvvəldə keçiriləcək. Yəni normal vaxtı 2028-ci ilin may ayı olan seçkilərin 2028-ci ilin yanvar-aprel ayları arasında keçiriləcəyini düşünürəm.

Konstitusiyanın 116-cı maddəsində “Prezidentin ikinci dövründə Məclis tərəfindən seçkilərin yenilənməsinə qərar verilməsi halında, Prezident bir dəfə daha namizəd ola bilər” müddəası yer alır. Bu müddəaya əsasən, Türkiyə Böyük Millət Məclisi vaxtından əvvəl seçkilərin yenilənməsinə qərar verərsə, Prezident Ərdoğan üçüncü dəfə namizəd ola biləcək. Konstitusiyanın eyni maddəsinə görə, TBMM üzvlərinin tam sayının beşdə üç çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verə bilər. Bu isə 360 deputat deməkdir. Deməli, Cümhur İttifaqı DEM Partiyası ilə birlikdə bu qərarın qəbul edilməsini rahatlıqla təmin edə bilər". 

Analitik qeyd edib ki, prezident Ərdoğanın yenidən namizəd olması məsələsində ən kiçik bir narahatlıq belə yoxdur: 

"Cümhur İttifaqının DEM Partiyası ilə apardığı “Terrorsuz Türkiyə” prosesinin orta və uzunmüddətli perspektivə yayılacağı deyildi. PKK və KCK-nin ləğvini tənzimləyən ilk qanunda atılacaq minlərlə addımın ilki olduğunu DEM Partiya rəsmiləri elan etdilər. Bu halda prosesin 2028-ci il seçkilərindən sonraya qədər uzanacağı və DEM Partiyasının da bu prosesin arzuladıqları kimi nəticələnməsi üçün Prezident Ərdoğanın yenidən seçilməsindən başqa seçiminin olmayacağı ortadadır.

Bu səbəbdən DEM Partiyası seçkilərin yenilənməsinə və Prezident Ərdoğanın yenidən namizəd olmasına dəstək verməyi bir yana qoyaq, Prezident Ərdoğanın yenidən seçilməsi üçün üzərinə düşən hər şeyi etməyə məcburdur. Bu məqsədlə strategiya tələb etdiyi təqdirdə, ilk turda namizəd irəli sürmələri istənilə bilər. Lakin ən azı ikinci turda Prezident Ərdoğanı dəstəkləməkdən başqa seçimləri yoxdur. Əgər şərtlər tələb edərsə, ilk turda da namizəd irəli sürmədən seçicilərini birbaşa Prezident Ərdoğana yönəltmələri istənilə bilər.

Lakin Cümhur İttifaqının prezident seçkiləri strategiyası ilk turda mümkün qədər çox namizədin irəli sürülməsini təmin edərək müxalifəti parçalamaq üzərində qurulub". 

Mütəxəssisin fikrincə ikinci turda isə DEM Partiyasının və müxalifətdən razı salınacaq digər partiya və namizədlərin dəstəyi ilə seçkini qazanmağa çalışılacaq: 

"Prezident üsul-idarəsi sistemi ilə birlikdə partiyaların səs nisbətləri və Məclisdəki deputat bölgüsü artıq əvvəlki qədər əhəmiyyətli deyil. Bu sistemdə mühüm olan, təkbaşına icra hakimiyyətini həyata keçirən prezidentliyi qazanmaqdır. Buna görə də Cümhur İttifaqının strategiyası prezidentliyi qazanmaq üzərində cəmlənir. Bu məqsəd üçün DEM Partiyası ilə ittifaq qurmağın deputat seçkilərində gətirə biləcəyi itkilər də gözə alınır. 2023-cü il seçkilərində müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu DEM Partiyası və PKK ilə əməkdaşlıq etdiyi iddiaları ilə seçicilər qarşısında gözdən salınmışdı. Bu seçkidə isə Cümhur İttifaqının açıq şəkildə DEM Partiyası ilə birlikdə yol getməsinin başqa izahı yoxdur. Çünki DEM Partiyası ilə, xüsusilə də PKK lideri Abdullah Öcalan ilə açıq yaxınlığın Cümhur İttifaqına səs itirəcəyini demək olar. Lakin Məclisdəki deputat saylarına təsir edəcək bu risk, anladığım qədərilə, prezidentliyi qazanmaq üçün gözə alınır". 

Ekspertin sözlərinə görə, DEM Partiyası və Öcalan ilə birlikdə hərəkət etməyin Cümhur İttifaqı partiyalarına gətirə biləcəyi mənfi təsirlər minimuma endirilmiş kimi görünür: 

"Buna səbəb əsas müxalifət partiyası Yeni Partiyanın da DEM Partiyasına və həyata keçirilən prosesə dəstək verməsidir. Bu vəziyyətə qəzəblənərək Cümhur İttifaqından ayrılacaq seçici prosesə dəstək verən əsas müxalifət partiyasına da yönəlməmiş olacaq. Proses səbəbindən narazı qalan seçici sayı getdikcə artan və səs potensialları seçki baryerinin altında olan milliyyətçi partiyalara yönəlmək məcburiyyətində qalacaq. Bu partiyalar da baryeri keçə bilməyəcəkləri üçün DEM Partiyası və Öcalan ilə aparılan prosesin Cümhur İttifaqı baxımından yaradacağı mənfi təsirin yaratdığı potensial risk qədər böyük olmayacağı düşünülür.

Prosesin mənfi təsirinin böyük olmaması üçün də kiçik milliyyətçi partiyaların birləşərək seçki baryerini keçmələri istənilməyəcək. Bu baxımdan Cümhur İttifaqı üçün ən böyük risk narazı seçicinin baryer problemi yaşamayacaq İYİ Partiyə blok şəklində yönəlməsi olar". 

Süleyman Erdem vurğulayıb ki, seçkiyə qədər olan təxminən 1,5 illik müddətdə bu riskə qarşı da addımlar atıldığını görmək ehtimalımız yüksəkdir: 

"Qarşıdakı dövrdə İYİ Partinin sorğulardakı səs nisbətlərinin izlənilməsini və təhlükəli həddə yüksəldiyi görüldüyü təqdirdə buna qarşı addımlar atılmasını gözləyə bilərik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri