Icma.az
close
up
RU
Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşməklə regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Qarabağa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini nümayiş etdirən mühüm siyasi və diplomatik hadisədir:

“Bu səfər təkcə iki ölkə arasında qardaşlıq münasibətlərinin ifadəsi deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesajdır”.

Samir Vəliyevin fikrincə, səfərin məhz Şuşada və Zəfər Günündə keçirilməsi xüsusi rəmzi məna daşıyır:

"Şuşa Azərbaycan xalqının tarixi yaddaşının, milli iradəsinin və Zəfərinin simvoludur. Türkiyə Prezidentinin bu əlamətdar gündə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağda olması rəsmi Ankaranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi dəstəyin növbəti təzahürüdür. Eyni zamanda, bu, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ruhuna və strateji müttəfiqlik prinsipinə sadiqliyin nümayişidir".

Onun sözlərinə görə, digər mühüm amil Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində də dərinləşdirilməsidir:

“Hesab edirəm ki, bu səfər iki ölkə arasında mövcud əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradacaq. Xüsusilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi və enerji təhlükəsizliyi məsələlərində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Deputat diqqətə çatdırıb ki, Prezident Ərdoğan Zəfər Günü münasibətilə ünvanladığı təbrikdə də Şuşa Bəyannaməsinə, “Bir millət, iki dövlət” prinsipinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinin vacibliyinə xüsusi diqqət yetirib. Bu, səfərin siyasi mahiyyətini daha aydın ifadə edir.

"Prezident Ərdoğanın Şuşaya səfərini Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisə hesab edirəm. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız keçmişin ortaq tarixi və qələbələri ilə deyil, həm də gələcəyə dair ortaq strateji baxışları ilə bir-birinə bağlıdır" - deyən Samir Vəliyev əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri