Icma.az
close
up
RU
Ərdoğanın Zelenskiyə ərazi təklifi... Masada Qarabağ formulu var?

Ərdoğanın Zelenskiyə ərazi təklifi... Masada Qarabağ formulu var?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən iki mühüm görüş baş tutdu:

1. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-ABŞ danışıqları;

2. Ukrayna Prezidenti Volodomir Zelenskinin Ankara səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü;

Bunlar iki fərqli təmas kimi görünsə də, əslində, məqsəd və məram eynidir. Yəni ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna müharibəsini təkbaşına deyil, Türkiyə ilə birlikdə bitirmək istəyir. Hər iki görüşün təhlilini aparmadan bir məqama diqqət yetirmək lazımdır.

Trampın Ərdoğana münasibəti müsbətdir. O, Floridadakı malikanəsində keçirdiyi mətbuat konfransında “Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim şəxsdir. Düşünürəm ki, o da mənə hörmət edir” demişdi.

Həmin müsahibədə təxminən 2000 ABŞ əsgərinin Suriyadan çıxarılması ilə bağlı suala Trampın verdiyi cavaba da diqqət etmək lazımdır:

“Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir, ancaq Türkiyənin olduğunu söyləyəcəyəm. Amma Suriya ilə bağlı baş verənlərə baxın, Rusiya zəiflədi, İran zəiflədi. Və o, (Prezident Ərdoğan – red.) çox ağıllı oğlandır, öz adamlarını ora müxtəlif formalarda, müxtəlif adlarla göndərdi, onlar da içəri girdilər və hakimiyyəti ələ keçirdilər”.

Türkiyənin Suriyada müxaliflərə dəstək verməsindən sonra Bəşər Əsəd rejiminin devrilməsi müəyyən qədər ABŞ-ın maraqlarına uyğundur. Tramp Ərdoğanın Suriyada etdiklərindən sonra Rusiya-Ukrayna müharibəsini təkbaşına deyil, Türkiyə və Ərdoğanla tənzimləmək istəyir. Bu məsələdə özü Ər-Riyadda keçirilən Rusiya nüməyəndələri ilə görüşə fokuslandı, Ərdoğan isə Ukrayna prezidenti ilə danışdı.

Hər iki danışıqların müsbət keçdiyini demək olar. Misal üçün danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.

Ərdoğan Zelenski ilə birgə mətbuat konfransında deyib ki, “Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım”.

“Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq”, – Ərdoğan bildirib.

Rusiya-Ukrayna müharibəsinin hərbi əməliyyatlar fazası mütləq bitməlidir. Sülh müqaviləsinin imzalanması çətin olsa da, tərəflər arasında atəşkəs sazişi imzalana bilər. ABŞ atəşkəsə Rusiyanı, Türkiyə isə Ukraynanı razı salmağa çalışır. Görüşdən sonrakı açıqlamalardan Ankara və Vaşinqtonun buna yaxın olduğunu demək olar.

Əvvəllər də dediyim kimi, Putin hakimiyyətdə olduğu müddətdə Rusiyaya sanksiya tətbiq etmək, ya da müharibəni uzatmaq əbəsdir. Ukraynanın torpaqlarını işğaldan azad etməsi üçün vaxta ehtiyacı var.

Trampı düşündürən daha mühüm məsələlər olduğunu nəzər alsaq, demək olar ki, o, atəşkəsin imzalanmasından sonra prosesi Türkiyəyə həvalə edə bilər. Yəni mümkündür ki, Ankara Ukrayna ordusunu yenidən qurulmasında iştirak etsin. Bunun isə gələcəkdə Ukraynanın torpaqlarını işğaldan azad etməsinə zəmin yaradacağı versiyasını irəli sürmək olar.

Prinsipcə Türkiyə bu məsələdə təcrübəlidir. Azərbaycan Ordusunun NATO və Türkiyə modelinə uyğunlaşdırılması yekunda Qarabağ zəfərində mühüm rol oynadı. Həmçinin Suriya müxalif qüvvələrinin mərkəzləşmiş və nizami hala gətirilməsi də Türkiyənin yardımı ilə oldu. Nəticə etibarilə Suriyada müxaliflər Bəşər Əsədi devirə bildi.

Hesab edirəm, Ukrayna ilə bağlı da Ankaranın planı, ABŞ-ın istəyi budur. Zelenski və Ərdoğanın görüşü zamanı çəkilmiş “Ukrayna üçün Türkiyə çətiri” fotosu da bu mənanı verir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri