Ərdoğanın səfər proqramı: Şuşaya gedəcək
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir.
Axar.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Zəfər Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Qeyd edilir ki, Şuşada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək. İki liderin təkbətək görüşü planlaşdırılır. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.
Səfər proqramına Şuşada Xocalı Soyqırımı Memorialı və Muzeyinə, Xankəndindəki Qələbə Abidəsinə ziyarət və rəsmi yemək də daxildir.
Bu mövzuda digər xəbərlər:Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
27 May 2025 17:39
Ərdoğanın da Bakıya səfər proqramı məlum oldu
07 Noyabr 2025 17:01
Şahbaz Şərif iyulda yenidən Azərbaycana səfər edəcək, Şuşaya gedəcək
24 Fevral 2025 16:07
ANAMA nın “Şuşaya səfər” aksiyası
15 Oktyabr 2025 08:52
Britaniya səfiri Şuşaya səfər edəcək
21 Avqust 2026 11:53
Baxış sayı:66
Bu xəbər 08 Noyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















