Ermənistan xarici işlər naziri: Sərhədin açılması üçün Türkiyənin şərti budur
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Türkiyə ilə bir çox səviyyələrdə - liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar arasında çox yaxşı dialoqumuz var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində deyib.
“Dialoq heç bir ilkin şərt olmadan gedir. Həmçinin türk tərəfdaşlarımız Ermənistan-Azərbaycan münasibətləri normallaşmayana qədər sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesini başa çatdıra bilməyəcəklərini vurğulayırdılar.
İndi hazırdır, Ermənistan-Azərbaycan sülh sazişi paraflanıb. Onun mətni ilə bağlı heç bir mübahisə yoxdur. Mən şəxsən Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərinin qurulmasında heç bir problem görmürəm. Bunu türkiyəli tərəfdaşlarımız da təsdiqləyiblər. Onlar öz istəklərini bildirirlər, sərhədləri açmaq, dəmir yolu əlaqəsini bərpa etmək və ikitərəfli ticarəti istiqamətləndirmək istəklərini nümayiş etdirirlər.
Ona görə də düşünürəm ki, yaxın həftələr və aylarda bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik. Bu, mənim fikrimdir, hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, - Ermənistan XİN rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















