Icma.az
close
up
RU
Ermənistana sərhəd şərti: “Bunsuz mümkün olmayacaq”

Ermənistana sərhəd şərti: “Bunsuz mümkün olmayacaq”

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsi parlamentdə təsdiq olunduqdan sonra referenduma çıxarılacaq. Bu, üzvlüyə yox, Qərbdən iqtisadi-siyasi və hərbi yardımlar almasına hesablanıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitikin fikrincə, İrəvan referendumla əhalinin səsini alsa belə, Aİ-yə üzv ola bilməyəcək:

“Çünki Ermənistanın Aİ ilə quru sərhədi olmalıdır, bu, Brüssel üçün əsas şərtlərdən biridir. Bunun üçün isə Türkiyə Avropa İttifaqına üzv olmalıdır. Yəni Ermənistanın üzvlüyü Türkiyədən asılıdır. Avropa İttifaqı isə illərdir müxtəlif bəhanələrlə Ankaranın üzvlüyünü əngəlləyir.

Ermənistan Türkiyə ilə normallaşma prosesini sürətləndirməyə çalışır. Ankara da əlaqələrin normallaşmasında maraqlıdır, amma bunun üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ankara bu məqsədlə iki ölkə arasında sülh sazişinin bağlanması üçün çalışır. Türkiyənin geosiyasi hədəfi bölgədə Qafqaz Evi qurmaq və regionda mövqelərini daha da gücləndirməkdən ibarətdir. Bunun üçün də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır.

Türkiyə Cənubi Qafqazda siyasi sabitlik və sülhü təmin edə bilərsə, Avropa İttifaqına üzv ola bilər. Çünki beynəlxalq siyasi nizam dəyişir və Avropa İttifaqının cənub-şərq cinahı üçün Türkiyə kimi bir ölkəyə ehtiyacı yaranacaq. Əlavə edim ki, Türkiyəsiz Gürcüstanın da Aİ-yə üzvlüyü mümkün olmayacaqdı. Tiflis və Brüssel arasındakı son durum bunu tamamilə gündəmdən çıxarmış kimi görünür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 20 Yanvar 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri