Icma.az
close
up
RU
Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?

Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Səudiyyə Ərəbistanına səfər edib. Səfər çərçivəsində Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüb və iki ölkə arasında 2 milyard dollarlıq günəş enerjisi layihəsi də daxil olmaqla dörd müqavilə imzalanıb.

Hurriyyet.org "Milliyet"ə istinadən xəbər verir ki, Ərdoğanın bu səfəri İsrail mətbuatında geniş işıqlandırılıb.

"Maariv" qəzeti "Yaxın Şərq Zirvəsi: Türkiyə cənub arenasında təsirini genişləndirir" başlıqlı məqaləsində bildirib ki, Qahirədə davam etməsi gözlənilən bu səfər Türkiyə, Səudiyyə Ərəbistanı və Misiri əhatə edən üçtərəfli təhlükəsizlik oxu yarada bilər. Həmçinin qeyd olunub ki, təhlükəsizlik məsələləri qarşısında regional koordinasiya liderlərin gündəliyində olacaq.

"Makorrishon" nəşri bu xəbəri "Ərdoğanın genişmiqyaslı diplomatik addımı" başlığı ilə yayımlayıb. "İki ölkə arasındakı bu yaxınlaşma Qəzza və Suriya ətrafında əməkdaşlıq və mümkün razılaşmadan əvvəl Türkiyənin Vaşinqtonla Tehran arasında vasitəçilik etmək cəhdini əhatə edir. Ankara Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yaradılacaq qarşılıqlı müdafiə ittifaqında iştirak etməyəcəyini demişdi. Lakin Ərdoğanın buradan Qahirəyə getməsi “yeni üçlü ittifaq yaranırmı?” sualını ortaya çıxarıb", - nəşr bildirib.

“Times of Israel” qəzeti “İki ölkə arasında münasibətlər istiləşir” başlıqlı məqaləsində bildirib ki, Ankara Ər-Riyadla sərbəst ticarət müqaviləsi danışıqlarını yekunlaşdırmaq istəyir: "Tərəflər neft, neft məhsulları, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər son illərdə davamlı olaraq bərpa olunub və iki ölkə müxtəlif diplomatik məsələlərdə möhkəm əməkdaşlıq edir".

Məqalədə bu səfərin Təl-Əviv dairələrində də müzakirə olunduğu qeyd edilib: “Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı hər hansı bir yaxınlaşma bölgədəki digər rəqiblərə, xüsusən də İsrailə xəbərdarlıqdır. Təl-Əviv bu əməkdaşlıqlar qarşısında tarazlığı qorumaq üçün müttəfiqləri ilə yeni yollar axtarmalıdır".

Qeyd edək ki, Ərdoğanın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı görüşlərindən sonra Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 31 maddəlik birgə bəyanat verilib. Məlumata görə, hər iki tərəf iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sektorlarında iqtisadi əlaqələrin gücünü yüksək qiymətləndirib və bu əlaqələrin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri