QMİ dən İrəvandakı Göy məscidlə bağlı etiraz
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Azərbaycan müsəlmanlarının iradəsini ifadə edərək bəyan edib ki, İrəvandakı tarixi Göy məscidində müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi ciddi şəkildə qınab, qətiyyətlə etirazın bildirib.
Axar.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Qeyd edilib ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi olub, aşkar vandalizm təzahürü və təxribatdır:
"Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi, ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüflər olsun ki, kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın , o cümlədən, Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, müsəlman ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən, küfrdən başqa bir şey deyildir".
Bildirilib ki, mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər:
"Mədəni tədbir adına məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistanda qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində hayıf çıxmaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq, İran məscidi kimi qələmə verərək orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur".
Vurğulanıb ki, bu mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şounu qətiyyətlə pisləyir, belə halların qarşısının alınmasını Ermənistan hökumətindən tələb edirik:
"44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya etmiş Ermənistanın sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir halın baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 Noyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















