Icma.az
close
up
RU
Ərdoğanla görüşdə sensasiya: Putin ya Ankaradan üzr istəyəcək, ya da...

Ərdoğanla görüşdə sensasiya: Putin ya Ankaradan üzr istəyəcək, ya da...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 12-də Rusiya ordusunun Ukraynanın Odessa limanında lövbər salmış Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisini vurması narazılıqla qarşılanıb.

Bundan öncə Rusiyaya məxsus gəmi də Qara dənizdə Ukrayna tərəfindən vurulmuşdu. Türkiyə gəmisinə hücumun Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Türkmənistanda keçirilən ikitərəfli görüşdən sonra baş verməsi diqqət çəkir.

Bu hadisə iki ölkə arasında gərginliyə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Rusiyanın Türkiyəyə məxsus gəmiyə “İsgəndər”lə zərbə endirməsi Moskva–Ankara xəttində ciddi gərginlik yarada biləcək hadisədir:

“Hücumun təsadüf olub-olmaması belə, Türkiyənin NATO üzvü olması fonunda situasiyanı daha həssas edir. Ankara üçün bu, yalnız iqtisadi və təhlükəsizlik deyil, həm də regional nüfuz məsələsidir. Rusiya tərəfi hadisəni səhv atış və ya texniki xəta kimi qələmə verib məsuliyyəti yumşaltmağa çalışa bilər, lakin belə bir durumda Türkiyənin açıq şəkildə üzr və izahat tələb etməsi gözləniləndir. Çünki Moskvanın hərbi əməliyyat zonasına yaxın ərazilərdə həyata keçirdiyi addımlar artıq Qara dəniz təhlükəsizliyinin bütövlüyünə toxunur və bu, Türkiyənin qəbul edə biləcəyi risk deyil.


Züriyə Qarayeva

Aşqabadda keçirilən 1,5 saatlıq görüşün məhz bu hadisənin baş verdiyi vaxtlara təsadüf etməsi diqqətçəkən məqamdır. Rəsmi məlumatlarda insidentdən birbaşa bəhs olunmasa da, iki liderin regional təhlükəsizlik məsələlərini müzakirə etdiyi bildirilir ki, bu kontekstdə gəmi hadisəsinin də bağlı qapılar arxasında gündəmə gəlməsi ehtimalı çox yüksəkdir. Ərdoğanın son aylarda Moskva ilə münasibətlərin balanslaşdırılmasına xüsusi önəm verməsi, Putinin isə Qara dənizdə yeni eskalasiya istəməməsi fonunda tərəflərin bu insidenti nəzarət altına almağa çalışdığı görünür. Lakin əgər hadisə təkrarlanar və ya Rusiya məsuliyyəti qəbul etməzsə, Ankara daha sərt ritorika və beynəlxalq platformalarda məsələnin qaldırılması strategiyasına keçə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri