Ərəb ölkəsindən ölkəyə qayıdan Azərbaycan vətəndaşı səkkiz planşet və dörd telefonundan oldu
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mobil telefon və planşetlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Əbu-Dabi - Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükündən gömrük orqanlarına bəyan edilməyən müxtəlif markalı səkkiz ədəd planşet, dörd ədəd notbuk, səkkiz ədəd qulaqlıq, dörd ədəd "Apple Pencil Pro" markalı qələm, dörd ədəd "iPhone 15 Pro 128 GB" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Ərəb ölkəsindən ölkəyə qayıdan Azərbaycan vətəndaşı səkkiz planşet və dörd telefonundan oldu
06 Dekabr 2024 18:14
Azərbaycan vətəndaşı Moldovada saxlanılaraq ölkəyə gətirilib
15 Yanvar 2025 09:42
Azərbaycan dünyanın 196 ölkəsindən turistləri qarşılayıb
22 Yanvar 2025 14:50
Bu Ərəb ölkəsindən Türkiyə ilə bağlı açıqlama: Biz hazırıq!
29 Dekabr 2024 11:16

