Ərəblər Konseysaunu istefaya göndərdi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçi Serjiu Konseysau ilə yolları ayırdığını açıqlayıb.
QOL.az xəbər verir ki, 51 yaşlı portuqaliyalı mütəxəssis komandaya 2025-ci ilin oktyabrından rəhbərlik edirdi.
Onun komandası başa çatan mövsümdə Səudiyyə Ərəbistanı çempionatını 5-ci pillədə başa vurub, Kral Kubokunda yarımfinala, Asiya Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib.
Klubun yaydığı bəyanatda bildirilib ki, qərar komandanın çıxışlarının ətraflı təhlili və əldə olunan nəticələrin qiymətləndirilməsindən sonra qəbul edilib. Rəhbərlik bu addımın klubun qarşıdakı mərhələdə müəyyən etdiyi məqsəd və vəzifələrin həyata keçirilməsi üçün zəruri olduğunu vurğulayıb.
Qeyd edək ki, “Əl-İttihad”ın yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərarını açıqlaması gözlənilir.
Baxış sayı:92
Bu xəbər 02 İyun 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















