Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Ərim sağdır, mənə zəng etmişdi” İki il öncə öldürülən Anarın xanımı

“Ərim sağdır, mənə zəng etmişdi” İki il öncə öldürülən Anarın xanımı

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Gəncədə 1979-cu il təvəllüdlü Anar Hüseynovun qətlində təqsirləndirilən 1993-cü il təvəllüdlü Ramil Musayevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Ramil Musayev Cinayət Məcəlləsinin 120.2.4, və 29,120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və daha çox adamı öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil sərxoş halda Anarın evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.

R.Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O, özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-Ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür: “Həmin gün Anarla digər evimizdə işləyib ata evimizə gəlmişdik. Bir qədər sonra Anar küçəyə çıxdı. Oğlumla onun arxasınca çıxanda kənarda Ramillə söhbət etdiklərini gördük. Həmin vaxt Anar Ramilə “get, sabah danışarıq” dedi. Mən yaxınlaşanda Ramil bıçaqla Anarın boğazından vurdu. Anar boğazını tutub arxaya doğru çəkildi, böyük oğlum Ramilin üzərinə gedib nə üçün belə etdiyini dedi. Bu zaman o, oğluma sarı 3 dəfə bıçaq atdı, həmin zərbələrdən biri oğlumun qolaltı nahiyəsinə dəydi. Anar xəsarət alıb geriyə doğru hərəkət etdikdən sonra Ramil ərimin üzərinə yox, mənə hücum edərək öldürəcəyini dedi. Bu vaxt ona daş atdım.

Anarın bədənində döymələr vardı. Hadisədən sonra mənə məlum oldu ki, ərim Anar Hüseynov sağdır, bu hadisəni Ramil bəzi şəxslərlə birgə qurublar, hamısı oyundur. Anarın dəfn mərasimində iştirak etdik, lakin torpağa tapşırılan şəxs o deyildi. Mənə ekspertizada iştirak etməyə imkan vermədilər.

Ekspertizadan sonra ərimin qısa müddət ərzində dəfn edilməsini söylədilər. Mən dəfndən qabaq evdə olarkən onun üzünü açıb baxmaq istəsəm də, buna müxtəlif bəhanələrlə mane oldular. Anar sonradan mənə zəng elədi, dedi ki, meyityuma yerində onu başqa şəxslə dəyişiblər. Yoldaşım Abbas Səhhət adına xəstəxanada vəfat edib, ekspertiza üçün isə meyitini 3 nömrəli xəstəxanaya aparıblar.

Məhkəmədə iş gedən müddət ərzində Anarla bir dəfə telefon vasitəsilə gizlicə danışmışam, çünki ərim gizli nömrədən zəng etmişdi. Oğlum uşaq olduğuna və onun sözünə heç kəsin inanmayacağına görə Anarın kiçik oğlumla danışmasına imkan vermədim”.

Təqsirləndirilən şəxs isə A.Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.

Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Ramil Musayevi Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilib. Ona 17 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisədən sonra mediada cinayətin başqa zəmində törədilməsi barədə də iddialar yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri