Icma.az
close
up
RU
“Ərim sağdır, mənə zəng etmişdi” İki il öncə öldürülən Anarın xanımı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Ərim sağdır, mənə zəng etmişdi” İki il öncə öldürülən Anarın xanımı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə 1979-cu il təvəllüdlü Anar Hüseynovun qətlində təqsirləndirilən 1993-cü il təvəllüdlü Ramil Musayevin məhkəməsi başa çatıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramil Musayev Cinayət Məcəlləsinin 120.2.4, və 29,120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və daha çox adamı öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil sərxoş halda Anarın evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.

R.Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O, özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-Ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür: "Həmin gün Anarla digər evimizdə işləyib ata evimizə gəlmişdik. Bir qədər sonra Anar küçəyə çıxdı. Oğlumla onun arxasınca çıxanda kənarda Ramillə söhbət etdiklərini gördük. Həmin vaxt Anar Ramilə "get, sabah danışarıq” dedi. Mən yaxınlaşanda Ramil bıçaqla Anarın boğazından vurdu. Anar boğazını tutub arxaya doğru çəkildi, böyük oğlum Ramilin üzərinə gedib nə üçün belə etdiyini dedi. Bu zaman o, oğluma sarı 3 dəfə bıçaq atdı, həmin zərbələrdən biri oğlumun qolaltı nahiyəsinə dəydi. Anar xəsarət alıb geriyə doğru hərəkət etdikdən sonra Ramil ərimin üzərinə yox, mənə hücum edərək öldürəcəyini dedi. Bu vaxt ona daş atdım.

Anarın bədənində döymələr vardı. Hadisədən sonra mənə məlum oldu ki, ərim Anar Hüseynov sağdır, bu hadisəni Ramil bəzi şəxslərlə birgə qurublar, hamısı oyundur. Anarın dəfn mərasimində iştirak etdik, lakin torpağa tapşırılan şəxs o deyildi. Mənə ekspertizada iştirak etməyə imkan vermədilər.

Ekspertizadan sonra ərimin qısa müddət ərzində dəfn edilməsini söylədilər. Mən dəfndən qabaq evdə olarkən onun üzünü açıb baxmaq istəsəm də, buna müxtəlif bəhanələrlə mane oldular. Anar sonradan mənə zəng elədi, dedi ki, meyityuma yerində onu başqa şəxslə dəyişiblər. Yoldaşım Abbas Səhhət adına xəstəxanada vəfat edib, ekspertiza üçün isə meyitini 3 nömrəli xəstəxanaya aparıblar.

Məhkəmədə iş gedən müddət ərzində Anarla bir dəfə telefon vasitəsilə gizlicə danışmışam, çünki ərim gizli nömrədən zəng etmişdi. Oğlum uşaq olduğuna və onun sözünə heç kəsin inanmayacağına görə Anarın kiçik oğlumla danışmasına imkan vermədim”.

Təqsirləndirilən şəxs isə A.Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.

Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Ramil Musayevi Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilib. Ona 17 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisədən sonra mediada cinayətin başqa zəmində törədilməsi barədə də iddialar yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see245

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see182

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see176

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see169

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see153

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see152

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see145

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see121

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri