Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Eritreyada həbs edilən gəmilərin tezliklə buraxılması üçün sənədləşmə prosesi bitmək üzrədir FOTO YENİLƏNİB

Eritreyada həbs edilən gəmilərin tezliklə buraxılması üçün sənədləşmə prosesi bitmək üzrədir FOTO YENİLƏNİB

Icma.az, Apa.az saytına istinadən bildirir.

Eritreya dövləti ərazisində saxlanılmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir.

APA xəbər verir ki, bu barədə “Caspian Marine Services B.V.” şirkətindən bildirilib.

Qeyd edilib ki, bu prosesin sürətləndirilməsi və yoxlamanın mümkün ən qısa vaxtda sonlandırılaraq gəmilərin sərbəst buraxılmasının təmin edilməsi üçün “Caspian Marine Services B.V.” şirkəti Eritreya dövlətinin müvafiq qurumları ilə işə cəlb olunmuş hüquq şirkətləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (səfirliklər və konsulluqlar cəlb olunmaqla)və Dövlət Dəniz və Liman Agentliyi vasitəsilə əlaqələrini davam etdirməkdədir.

"Belə ki, aparılan danışıqların nəticəsi olaraq, gəmilər daha geniş əraziyə malik limana gətirilib və gəmi heyəti gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Təəssüf ki, rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, şirkətimizi təmsil edən hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik olaraq maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən və ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir. Eritreya dövlətinin rəsmilərindən alınan son məlumata əsasən, gəmilərin tezliklə buraxılmasının təmin edilməsi üçün müvafiq sənədləşmə prosesi artıq bitmək üzrədir və ən qısa vaxtda gəmilərin və heyət üzvlərinin sərbəst buraxılmaları təmin ediləcəkdir. Aparılan araşdırmanın hansı səbəbdən bu qədər uzun çəkməsinin səbəbi kimi, Eritreya dövlət orqanları tərəfindən bildirilib ki, bu cür proseslərin aparılması qaydaları, o cümlədən də, müddət və digər xüsusiyyətlər, dövlətin daxili qanunveriliciyi ilə tənzimlənir və araşdırmanın 3 ayadək uzanması Eritreya qanunvericiliyinə əsasən tam normal praktikadır. Eritreya dövlət orqanlarından və həmin ölkədə şirkətimizin səlahiyyətli nümayəndəsindən alınan məlumata əsasən, hazırda Eritreya dövlətinə məxsus Assab limanında olan 18 Azərbaycan vətəndaşının sağlamlıq durumu normaldır, saxlanılma şəraitlərindən narazılıq yoxdur.

Son olaraq, bir daha vurğulamaq istərdik ki, şirkətimiz məsələnin həlli ilə bağlı daim Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə əlaqədədir və bütün cəlb olunmuş tərəflər öz fəaliyyət sahələrinə uyğun olaraq zəruri olan hərəkətləri davam etdirməkdədir.

Görülmüş işlər üzrə dövlət orqanları tərəfindən vaxtaşırı ictimaiyyətə açıqlamalar verilir”, - məlumatda deyilir.

***

13:41

Eritreyada saxlanılan “CMS Pəhləvan” gəmisi, “CMS İgid” və “CMS-3” gəmilərinin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.

Həbs edilən dənizçilər gəmidə olarkən…

APA xəbər verir ki, aksiyanın məqsədi Eritreyada saxlanılan gəmi və heyətin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq olub.

Həbs edilən Saleh Poladovun atası Vələd Poladov bildirib ki, oğlundan 3 aydır xəbər ala bilmirlər: “Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Həbs edilən dənizçilər gəmidə olarkən bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”.

Azərbaycan hökuməti dənizçilərin azad olunması üçün nə edir?

Mahmud Rüstəmovun atası Əmrah Rüstəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar: “Biz Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmayıb. Biz dövlətimizdən övladlarımızı bizə qovuşdurmağını xahiş edirik. Caspian Marine Services etiraz aksiyasında bildirdik ki, gəmini nə vaxt istəsələr qurtararlar, bu şirkətin öz işidir. Ən son şirkətdən 2 həftə öncə demişdilər ki, 3 günə sənədləri götürüb çıxacaqlar. Dəqiq vaxt deyən yoxdur”.

Həbs edilən dənizçilərin ailələri nə tələb edir?

Ailə üzvləri deyib ki, 18 nəfərlik heyət artıq 3 aydır ailəsindən uzaqdır.

Daha sonra Eritreya hökumətinin qərarı nəticəsində saxlanılan şəxslərin yaxınlarını sözügedən şirkətin direktor müavini Aqşin Rəhimov qəbul edib. Görüş media nümayəndələri üçün qapalı keçirilib.

Görüşdən sonra iştirakçılar bildirib ki, onları qəbul edən Aqşin Rəhimov prosesin gecikməsinə bir neçə səbəbin olduğunu deyib və əlavə olaraq vurğulanıb ki, Eritreya ilə diplomatik münasibətlər çətinliklər yaradır. Belə ki, məsələ ilə bağlı viza verilmir, müraciət edilsə də imtina cavabı gəlir. Şirkətdən saxlanılanların ailələrinə onu da bildiriblər ki, onların azad edilməsi istiqamətində işlər davam etdirilir.

Caspian Marine Services niyə açıqlama vermir?

“Caspian Marine Services B.V.” şirkətindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Eritreya niyə Azərbaycan gəmilərini saxladı?

Xatırladaq ki, 7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycanlı dənizçilərin problemi davam edir. Beynəlxalq gəmiçilik qaydaları çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən CMS Pəhləvan gəmisi, CMS İgid və CMS-3 gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya dövlətinin ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya hökumətinin qərarı ilə saxlanılan Azərbaycan gəmilərinin son durumu qeyri-müəyyən olaraq qalır. Dəniz hüququ və beynəlxalq qanunlar çərçivəsində Azərbaycan tərəfi Eritreyaya hüquqi əsaslandırma təqdim edib.

Hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreyada saxlanılan gəmi barədə hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota ilə çatdırılıb. Eritreya XİN və diplomatik əlaqələr çərçivəsində Türkiyə və Moskvadakı səfirliklərdə müvafiq görüşlər keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri