Icma.az
close
up
RU
Erkən yatıb tez oyananlar: elm deyir ki...

Erkən yatıb tez oyananlar: elm deyir ki...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Depressiya və yuxu arasında nə əlaqə var deməyin, var. Yuxusu normal olan, səhərlər erkən oyanan insanlar depresiyaya girmir. ABŞ alimləri səhər tezdən durmağın depressiya riskini əhəmiyyətli dərəcədə azaltdığını açıqlayıb. Onlar erkən yatıb tez oyanan insanların depressiya riskinin gec duranlara nisbətən 23 faiz az olduğunu müəyyən ediblər.

Erkən oyanmaq depressiyadan qoruyur

Axşam saat 10-da yatıb səhər 6-da oyanan insanların “günə erkən başlayan insan” olduğunu deyən alimlər, yuxu vərdişlərinə təsir edən ümumilikdə 340 fərqli genetik variantın olduğuna da diqqət çəkirlər. Digər tərəfdən, alimlər bu insanların yuxu vərdişlərinə görə deyil, genetik meyllərinə görə depressiyaya meylli olduqlarını vurğulayırlar. Mütəxəssislər deyirlər ki, bir saat tez yatmaq, bir saat erkən oyanmaq da depressiyaya qarşı faydalı ola bilər.

Depressiya bütün dünyada yüz milyonlarla insana təsir edir. Ekspertlər pandemiya prosesində vəziyyətin daha da ciddiləşdiyini vurğulayırlar. Lakin pandemiya həm də iş və yuxu rejiminin dəyişməsinə də səbəb oldu.

Səhər tezdən oyanmağın faydaları saysız-hesabsızdır. Günəşin doğuşuna şahid olmaq, səhərin sükutunu və sakitliyini hiss etmək, təmiz oksigen almaq, tıxacda qalmamaq, günün qalan hissəsində aktiv olmaq... Min illərdir ki, bəşəriyyət olaraq günə başlamaq üçün orqanizmimiz günəş şüaları ilə başlamağa və günəş batdıqda yuxuya getməyə proqramlaşdırılıb.

“Chronobiology International” elmi jurnalının araşdırmasına görə, gecə gec yatanların sağlamlıq problemləri daha çoxdur. Səhər tezdən yeyilən səhər yeməyi bütün gün yediklərimizi nizamlayır və sağlam qidalanmamıza şərait yaradır.

Araşdırma nəticələrinə görə axşam gec yatan və səhər gec oyananlar daha çox yemək yeyirlər. Səhər yeməyi yemədikləri, fast-food istehlakına daha açıq olduqları üçün çəki problemi yaşama riski erkən oyananlara nisbətən daha yüksəkdir. Xüsusi bir yuxu rejiminiz yoxdursa, buna nail olmağın ən asan yolu səhər tezdən oyanmağın yollarını axtarmaqdır. Erkən və həmişə eyni vaxtda oyandığınız zaman, orqanizminiz buna asanlıqla vərdiş edir və müəyyən bir ritm yaradır. Beləliklə, axşam yuxunuz öz-özünə gəlir və sabah daha tez oyanırsınız.

Melotonindən məhrum olmaq

Yuxu hormonu olaraq da bilinən melatonin ifrazı axşam saat 21.00-22.00 arasında başlayır. Gecə saat 02:00 ilə 04:00 arasında ən yüksək səviyyəyə çatır. Melatonin yuxunu tənzimləməklə yanaşı, immunitet sisteminin güclənməsinə, hüceyrələrimizdən başlayaraq bədənimizin və ruhumuzun yenilənməsinə dəstək verən bir hormondur. Bu müddət ərzində oyaq olsaq, melatoninin bu gücləndirici və bərpaedici təsirindən məhrum olarıq.

Səhər tezdən durmağı bacaranlar üçün gün çox uzundur. Çünki erkən oyananda bütün işlərini vaxtında yerinə yetirirsən, tezdən durduğunuz üçün səhərin sakit vaxtlarında iş görmək daha asandır. Şəhər hələ ayılmayıb, nəqliyyatın səs-küyü başlamayıb, xaotik gün başlamayıb. Səhər saatları diqqəti cəmləmək, səmərəli işləmək və sağlam qərarlar qəbul etmək üçün idealdır. Erkən oyanmağın ən böyük faydası bütün günü planlaşdırmağın olduqca asan olmasıdır.

Araşdırmalar göstərir ki, idman edən, sağlam qidalanan və keyfiyyətli yuxu yatan insanların depressiya riski daha azdır. Bütün bunları etmək üçün səhər tezdən durmaq kifayətdir. Səhər saatlarını yoqa, pilates və açıq havada gəzinti kimi məşğuliyyətlərə də ayıra bilsəniz.

“British Medical Journal”da yayımlanan bir araşdırmaya görə isə gecələr oyaq olan insanlarda infarkt riski yüksəkdir. 34 araşdırmanın ümumiləşdirilmiş nəticəsinə görə Kanadada 2010-2014-cu illər arasında infarkt hallarının 7 faizi, ifliclərin 1.6 faizinin, qan-damar problemlərinin 7.3 faizi gecə yatmayan insanlar arasında qeydə alınıb.

Dünyada bu yöndə aparılan bütün araşdırmalar gecələr yatmayan insanın beyninin tez qocalmasına səbəb olur, bu da dolayısı ilə ağlını, yaddaşını tez itirməyə səbəb olur. Fransada 3 min insan üzərində aparılan elmi təcrübə də bunu təsdiqləyir. Könüllülərin sürətli düşünmə, qərar vermə və yaddaşı yoxlanıldıqdan sonra məlum oldu ki, gecələr oyaq qalanların normal yatanlara nisbətən yaddaşı, çevik qərar vermə qabiliyyəti zəifdir. Doğrudur, beyin təbii olaraq insan yaşlandıqda yaşlanır, amma gecə yuxusu olmayanların beyni ikiqat sürətlə yaşlanır və bu ağlını itirmə, ciddi yaddaş pozuqluqları ilə müşahidə olunan alzeymer zəstəliyinə təkan verir.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri