Icma.az
close
up
RU
Tanınmış psixoloq taksi sürücülərini ifşa etdi Qadın sərnişin görən kimi...

Tanınmış psixoloq taksi sürücülərini ifşa etdi Qadın sərnişin görən kimi...

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar taksi xidmətinə tələbat artdıqca, sürücülərin davranışları ilə bağlı şikayətlər də çoxalır. Bir çox sərnişinlər lazımsız söhbətlər, sərhədsiz suallar, kobudluq və ya qaydalara əməl olunmamasından narazılıq edirlər. Bu hal həm insanların təhlükəsizliyinə, həm də xidmətə olan etimada təsir edir. Bəzən sürücülərin psixoloji hazırlığının zəifliyi, şəxsi problemləri və ya peşə davranışı qaydalarını bilməmələri xoşagəlməz narahatlıqlara səbəb olur. Digər tərəfdən, taksi şirkətlərinin nəzarət mexanizmlərinin tam formalaşmaması da problemi dərinləşdirir.

Mövzu ilə bağlı psixoloq Samirə Bağırova açıqlama verib. 
Samirə Bağırova bildirib ki, sualların hamısı eyni bir kökə bağlanır. Yəni, insan nə üçün səlahiyyəti olmayan yerlərdə özünü güclü göstərir,sərhədi aşır və ya özünü nəzarətsiz aparır? O özünün də, bu hallara  şahidi olduğunu deyib. 
Bir çox taksi sürücüləri, guya müvəqqəti olaraq taksi işində çalışdığını vurğulayırlar. Bu eqonun kiçik də, olsa özünü müdafiə etməsidir. Sərnişin yanında özünün sosial üstünlüyünü qabardır. Çünki, eqo bu sahədə çalışmağı sığışdırmır özünə. Bəzən sərnişin qadın olduğu halda, bəzi kişi sürücüləri qadını öz maraq obyektinə çevirir. Beynində fantaziya qurur. Əgər qadın sərnişinin davranışı da, adekvat olmasa, anidən  sürücünü kobudlasa, və ya əvvəlcə səmimiyyət qurub, sonra soyuq cavablandırsa,bu artıq təhlükəli tərəfə keçid edərək aqressiya oyadır.
Psixoloqun sözlərinə görə, əgər sürücü içkili ya da, narkotik maddə təsiri altında sükan arxasına keçə bilirsə, buna əsas səbəblər var. Sürücüyə təyin olunan cəza mexanizmləri əgər davranışda hər hansı dəyişiklik yaratmırsa, cəzalar  daha da sərt olmalıdır.
Həmçinin, vurğulanıb ki, bu yalnız fərdi problem olmadığından,bu kimi  problemlərin həlli üçün, dövlət və ya təşkilat səviyyəsində və sistemli şəkildə dəyişikliklər olmalıdır. Mədəniyyət və mənəviyyat baxımından kasad olmaq isə təhsil və nəzarət zəifliyidir. Qaydanı  pozan sürücü  bir dəfə cəza alıb, sonra beş dəfə cəza almırsa və cəzası pul müqabili ilə əvəz olunursa, bu mədəniyyətsizliyə görə rüşvət ödəməkdir. Fakt olaraq, şirkət sürücüləri heç bir psixoloji testdən keçmir, guya keçirsə də, qeyri- ciddi şəkildə, sadəcə formal məqsədlə nümayiş etdirilir. Hər kəs bir- birini aldadır. Eləcə də, əgər dövlət davranış etikası üzrə tələb və şikayətləri ciddiyə almırsa, tətbiq etmirsə, o zaman cəmiyyətdəki kobudluq normaya çevrilir. Sonra bu norma “ mental dəyər “ ə dönür. Bu isə artıq dövlətin siyasət qüsuru hesab olunur.
“Sərnişin taksiyə əyləşmədən öncə, məsafəni, ünvanı təkrar söyləməlidir. Cavaba əsasən təxmini də olsa, hansı bir sürücü ilə yola çıxdığına əmin olmalıdır. Sürücü ilə kommunikasiyaya girmək istəmirsə, bunu mədəni şəkildə bildirməklə konfliktdən yayına bilər. Əks təqdirdə, elə sürücünün yanında dövlət orqanlarının “ qaynar  xətti “ i ilə əlaqə saxlayaraq, şikayətini bildirə bilər.”-deyə,  psixoloq söyləyib. 
Sonda qeyd edilib ki, əgər taksi şirkətləri sərnişinlərə yüksək xidmət göstərilməsi-prinsipini əsas götürərək, bu qaydalara əsasən  personalı işə alsalar, həm sərnişin və taksi şirkətlər arasında əməkdaşlıq güclənər,həm xidmət standartları yüksələr,həm də təbii ki, ictimai etimad güclənər. Amma təəssüf ki,bu gün cəmiyyətdə nə keyfiyyətə dəyər verən var,nə də etimadı önə çəkən. Hamı yalnız pulu düşünür, nəticəni deyil. Ona görə də, aqresiyya, mədəniyyətsizlik, etikaya uyğun olmayan söz-söhbətlər hər zaman hökm sürəcək. Bu şəkildə isə əvvəlcə münasibətlər, sonra cəmiyyət, daha sonra dövlət daxildən zəif düşəcək./ajans.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri