Icma.az
close
up
RU
Erkən ölüm riskini artıran qidalar açıqlanıb ARAŞDIRMA

Erkən ölüm riskini artıran qidalar açıqlanıb ARAŞDIRMA

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada aparılan genişmiqyaslı araşdırma, ultra emal olunmuş qidalarda yer alan və erkən ölüm riskini ən çox artıran qatqı maddələrini üzə çıxarıb.


Sherg.az xəbər verir ki, ultra emal olunmuş qidaların - piylənmə, ürək xəstəlikləri, tip 2 şəkərli diabet və bəzi xərçəng növləri kimi ömrü qısaldan bir çox sağlamlıq problemlərinə yol aça biləcəyi uzun müddətdir məlum idi. Lakin yeni bir tədqiqat bu cür qidaların hansı tərkib hissələrinin ən zərərli olduğunu ətraflı şəkildə araşdırıb.

2006  - 2010-cu illər arasında Birləşmiş Krallıqda yetkin insanların sağlamlıq bilgilərini toplayan “UK Biobank” adlı məlumat  bazasından istifadə olunub. Orta yaşı 57 olan 180 mindən çox iştirakçının 57 faizi qadın, 43 faizi isə kişi idi.

"Daily Mail" qəzetinin məlumatına görə, alimlər ultra emal olunmuş qidalarda geniş istifadə edilən qatqıları beş əsas kateqoriyaya bölüblər: şirinləşdiricilər, dad gücləndiricilər, rəngləndiricilər, şəkər növləri və ətirvericilər. Bunların hamısının yüksək istehlak səviyyələrində erkən ölüm riskini artırdığı müəyyən edilib.


Maraqlı cəhət odur ki, jelatin kimi bəzi jelləşdiricilərin ölüm riskini azaltdığı müşahidə olunub. Həmçinin emal olunmuş yağlar, zülak mənbələri və lif kimi digər komponentlərlə ölüm riski arasında ciddi əlaqə tapılmayıb.


Gündəlik istehlakın beşdə birini təşkil edir

Araşdırmaya görə, iştirakçıların gündəlik kalori qəbulunun orta hesabla 20 faizi ultra emal olunmuş qidalardan (UPF) ibarət idi. Bu qidalar evdə istifadə olunan əsas ərzaqlarla hazırlana bilməyən, çox vaxt bir neçə qatqı maddəsi olan məhsullar kimi müəyyən edilir.


11 il davam edən müşahidə nəticəsində 10 min 203 iştirakçının vəfat etdiyi müəyyən edilib. Analizlər göstərib ki, gündəlik qidalanmada ultra emal olunmuş qidaların payı 18 faizi keçdikdə, ölüm riski əhəmiyyətli dərəcədə artır.


Məhdudiyyətlər və əvvəlki araşdırmalarla uyğunluq

Mütəxəssislər iştirakçıların qida qəbulunu öz bəyanatlarına əsasən bildirdiklərinə görə məlumatların məhdud ola biləcəyini qeyd ediblər. Buna baxmayaraq, nəticələr əvvəlki tədqiqatlarla paralellik göstərir.

Ötən ay dərc olunmuş başqa bir araşdırma isə ultra emal olunmuş qidaların arıqlamağı çətinləşdirdiyini göstərib. İngiltərədə aparılan tədqiqatda belə qidalardan uzaq duran insanların, onları müntəzəm istehlak edənlərlə müqayisədə iki dəfə çox çəki itirdiyi müşahidə olunub.


Ultra emal olunmuş qidalar hansılardır?

Ultra emal olunmuş qidalar - yüksək miqdarda əlavə yağ, şəkər və duz ehtiva edən, zülak və lif nisbəti aşağı olan, həmçinin süni rəngləndirici, şirinləşdirici və qoruyucu maddələrlə zənginləşdirilmiş məhsullardır.

Onlar evdə yemək bişirərkən istifadə olunmayan qatqılarla hazırlanır. Dondurulmuş hazır yeməklər, sosislər, qazlı içkilər, çipslər, biskvitlər və ketçup ən tanınmış nümunələrdir. 


Bu məhsullar əsasən raf ömrünü uzatmaq, dadı gücləndirmək və istifadəsini asanlaşdırmaq üçün hazırlanır, təbii məzmundan xeyli uzaq, fabrik istehsalı məhsullar hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri