Icma.az
close
up
RU
“Erməni ekspertlər Azərbaycan rəsmiləri ilə görüşəcək”

“Erməni ekspertlər Azərbaycan rəsmiləri ilə görüşəcək”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bakıya gələcək erməni ekspertlər İrəvanda görüşdüyümüz simalar olacaq. Azərbaycan tərəfdən də oktyabr ayında İrəvana səfər edən heyət görüşlərdə iştirak edəcək”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin üzvlərinin dəyirmi masada iştirakından başqa, Azərbaycan rəsmiləri ilə görüşləri gözlənilir:

“Çox güman ki, erməni nümayəndələrin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri baş tutacaq. Çünki İrəvanda olarkən bizim qrup da rəsmilər, o cümlədən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşmüşdü.

Səfər çərçivəsində erməni nümayəndələrin Bakının bəzi yerlərinə gəzintisi də nəzərdə tutulub. Hələ ki konkret yerləri deyə bilmərəm.

Ümumən qarşılıqlı səfərlərin baş tutması nəzərdə tutulub. Lakin konkret təqvim vaxtını söyləmək hələ tezdir”.

Xatırlatma: Noyabrın 21-22-də Ermənistanı təmsil edən 5 ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək. 

Ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər.

Ermənistan hökuməti bir gün əvvəl, noyabrın 20-də keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada 5 erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram (46 004.401  $) ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masa müzakirəsində iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkənin cəmiyyətləri arasında etimadın yaradılması mexanizmləri yaradacaq.

Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri