Erməni hərbçi minaya düşməyib, güllələnibmiş...
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Hadisə nəticəsində sərhədçi ölüb. Mina partlayışının necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.
Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları bölməsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu A.A. Sünik vilayətində, ilkin məlumata görə, ona təhkim edilmiş avtomatdan açılan güllə nəticəsində ölüb.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi açılıb, ibtidai istintaq aparılır. /axar.az/
Baxış sayı:88
Bu xəbər 25 Aprel 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















