Icma.az
close
up
RU
Erməni hərbçilər Qarabağı “mina tələsi”nə çevirmişdilər

Erməni hərbçilər Qarabağı “mina tələsi”nə çevirmişdilər

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyan və onun vəkili Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.

Təqsirləndirilən şəxsin müdafiəçisi A.Berman etirazı əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərinin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu və bu səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini deyib.

R.Vardanyan etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. V.Əliyev, həmçinin deyib ki, ümumilikdə bu cür əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Belə ki, iclasa sədrlik edən qərarı əsaslandıran zaman diqqətə çatdırıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.

Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib. N.Bağırovun sözlərinə görə, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı (Daxili Qoşunların 12, Müdafiə Nazirliyinin 2 nəfər hərbi qulluqçusu) şəhid olub, hərbçilərin bir hissəsi yaralanıb. N.Bağırov özünün də hadisə zamanı yaralandığını bildirib.

Digər zərərçəkmiş şəxs Şamil İsrəfilov da yaralandığını qeyd edərək deyib: “Odlu silahlardan atəş açırdılar, üzərimizə qumbara atırdılar. Qumbara partlaması nəticəsində yaralandım”.

Ş.İsrəfilov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı hərbçi yoldaşlarından 14 nəfərinin şəhid olduğunu, 24 nəfərin isə yaralandığını söyləyib.

Zərərçəkmiş şəxs Vüsal Eyyubov ifadəsində Ermənistan hərbçilərinin odlu silahdan açdıqları atəş nəticəsində yaralandığını diqqətə çatdırıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq hadisə zamanı hərbçi yoldaşları arasında şəhid olanların və yaralananların olduğunu da bildirib.

Zərərçəkmiş Taciəddin Kərimov “N” saylı hərbi hissənin hərbi qulluqçusu kimi əvvəllər Tərtər rayonunun inzibati ərazisinə daxil olmuş, hazırda isə Ağdərə rayonuna aid olan Talış kəndi istiqamətində xidmət zamanı mina partlayışı nəticəsində xəsarət aldığını bildirib. Vurğulayıb ki, həmin vaxt o, xidmət yoldaşları ilə birgə azad edilmiş ərazilərdə təminat yolu açmaq üçün sahənin minalardan təmizlənməsi prosesi ilə məşğul olublar. Növbəti minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib və o yaralanıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında bildirib ki, həmin sahədə 59 mina zərərsizləşdiriblər. Aşkarlanan minalar son illər basdırılan və Ermənistanın istehsal etdiyi minalar olub. Zərərçəkmiş şəxs daha sonra bildirib: “Hadisə zamanı hərbçi yoldaşlarım aralıda olduğuna görə onlar yaralanmadılar”.

Zərərçəkmiş şəxs Cavanşir Sultanov ifadəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin təxribatının qarşısını alan zaman yaralandığını deyib.

Zərərçəkən Seymur Ağakərimov isə ifadəsində erməni hərbçilərinin atdıqları minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını vurğulayıb.

Zərərçəkmiş Vaqif Babayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğunu, Zəngilan rayonunda xidməti vəzifələrini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. Onun sözlərinə görə, zirehli texnika ərazidə iş apararkən tankəleyhinə minaya düşüb. Həmin vaxt yaxınlıqda olduğu üçün o, müxtəlif xəsarətlər alıb. Zərərçəkən şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistanın mina terrorundan daha çox günahsız mülki insanların əziyyət çəkdiyini söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri