Icma.az
close
up
RU
Erməni katolikosu ətrafında çəmbər daralır

Erməni katolikosu ətrafında çəmbər daralır

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Spitak zəlzələsinin 37-ci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan təbii fəlakət qurbanlarını anmaqla yanaşı, Gümrüdəki kilsəni də ziyarət edib. O, uzun müddətdir davam etdirdiyi kilsə əleyhinə kampaniyanın bir hissəsi olaraq hər Bazar günü liturgiyada iştirak edir, lakin bu dəfəki səfər xüsusi əhəmiyyət kəsb edib. Gümrü uzun illər erməni etirazlarının mərkəzi hesab olunsa da, Paşinyan açıq şəkildə nümayiş etdirib ki, artıq burada ciddi müqavimət qalmayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur ki, Şirak yeparxiyasının keşişləri Paşinyanın iştirak etdiyi liturgiyadan imtina ediblər. Nəticədə baş nazir və Erməni Apostol Kilsəsinin (EAK) sadiq üzvləri kilsədə qalıb, müxalifət yönümlü din xadimləri isə Amenaprikçə çəkiliblər. Liturgiyalar paralel keçirilsə də, Paşinyanın iştirak etdiyi mərasimdə EAK üzvləri katolikos II Qareginin adını çəkməyiblər.

Baş nazirdən sonra ona Ararat yeparxiyasının primatı arxiyepiskop Navasard Kçoyan, Masyatsotn yeparxiyasının primatı yepiskop Gevorq Saroyan və Baltik yeparxiyasının primatı arxiyepiskop Vazgen Mirzaxanyan da qoşulub.

Bundan əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində ciddi narazılıqlar yaranıb. Gümridəki kilsəyə nəzarət edən Şirak vilayətinin arxiyepiskopu Mikael Acapaxyan oktyabrda dövlət çevrilişinə açıq çağırışda ittiham edilərək iki il həbs cəzasına məhkum edilib. Şəhərin meri Vardan Qukasyan da Paşinyanı millətə xəyanətdə ittiham edib və hazırda korrupsiya ittihamı ilə həbsdədir. Onu 10 ilədək həbs cəzası gözləyir.

“Düşünürəm ki, artıq Eçmiədzinin Ana Kilsəsində liturgiya keçirilməlidir. Bu, mənim şəxsi fikrimdir... Problem ondadır ki, Ktrix Nersisyan (II Qaregin - red.) davranışının artıq həm Erməni Apostol Kilsəsinə, həm də dövlətə ciddi ziyan vurduğunu başa düşmür”, - deyə parlamentin spikeri Alen Simonyan bildirib.

II Qaregin Paşinyanın Gümrüyə səfəri ərəfəsində Fransadan qayıdıb. Orada o, legitimliyini vurğulamaq üçün diasporun dəstəyini gücləndirməyə çalışıb. Ermənistana dönərkən “Zvartnots” hava limanında onu Paşinyanın opponenti olan qruplar qarşılayıb və iddia ediblər ki, katolikosu hakimiyyət tərəfindən hazırladığı iddia olunan həbslərdən qorumaq üçün gəliblər.

Nikol Paşinyanın belə planları varsa, hələ ki, onların həyata keçirilməsinə tələsmir.

Ermənistan hüquq-mühafizə orqanları son dövrlər katolikosun yaxın çevrəsini sıxışdırır. Xüsusilə, Eçmiədzin Ana Taxtının dəftərxanasının rəhbəri arxiyepiskop Arşak Xaçatryan həbs edilib. Ermənistan İstintaq Komitəsi əvvəlcə onun intim videoyazısının həqiqiliyini təsdiqləsə də, sonradan onu narkotik ticarətində ittiham edib.

Müstəntiqlərin iddiasına görə, Xaçatryan 2018-ci ildə tabeliyində olan əməkdaşına katolikosun istefasını tələb edən mitinq iştirakçılarından birinin üstünə narkotik atmağı tapşırıb və daha sonra həmin şəxsin qanunsuz maddələr saxlaması barədə polisə məlumat verib.

Xaçatryan son aylarda həbs olunan üçüncü arxiyepiskopdur. Acapaxyandan başqa, arxiyepiskop Baqrat Qalstanyan da dövlət çevrilişinə cəhd ittihamı ilə həbsdədir. Seçki prosesinə müdaxilədə ittiham olunan katolikosun qardaşı və qardaşı oğlu - Gevorq və Hambardzum Nersisyan - da həbs olunublar.

II Qaregini zəif adlandırmaq olmaz. Noyabrın sonunda Paşinyan 10 arxiyepiskop və yepiskopun dəstəyini əldə etsə də, dekabrın əvvəlində katolikos onu dəstəkləmək üçün 30 yüksək rütbəli din xadiminin imzasını toplayıb. Ali kilsə iyerarxları liturgiya zamanı katolikosun adının çəkilməməsinin mümkün olmadığını bildiriblər. Onlar həmçinin kilsə həyatına siyasi müdaxiləni qəbuledilməz adlandırıblar.

“Biz bunu qəbuledilməz hesab edirik və müqəddəs liturgiya zamanı bütün ermənilərin Ali Patriarxının adının özbaşına çıxarılmasını liturgik kanonun kobud şəkildə pozulması kimi pisləyirik. Bu addım teoloji baxımdan parçalanma elementləri daşıyır”, - II Qareginin tərəfdarlarının müraciətində qeyd edilir.

Bundan əlavə, Erməni Apostol Kilsəsinin Yerusəlim Patriarxlığı da katolikosu dəstəklədiyini bəyan edərək onu Milli Kilsə Şurasını çağırmağa səsləyib.

Erməni Apostol Kilsəsi ilə bağlı bütün məsələlərin kilsə kanonları çərçivəsində həll edilməsi tələb olunur. Qanunlara əsasən, bu məsələlərə dair qərar vermək səlahiyyəti yalnız Milli Kilsə Şurasına məxsusdur.

“Bu səbəbdən Şura katolikosdan həm özü, həm də kilsə ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün iclas çağırmağı xahiş edir”, - Patriarxlığın bəyanatında deyilir.

Paşinyan tərəfdarları da Şuranın çağırılmasında israrlıdırlar. Onlar EAK-da islahatlar apararaq II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün hüquqi imkan yaratmağa ümid edirlər.

Y. QACAR


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri