Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Erməni kilsəsi çarizmin maşası olub RƏY

Erməni kilsəsi çarizmin maşası olub RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kilsə Cənubi Qafqazda “Parçala və hökm sür” siyasətini həyata keçirib

Paşinyan katolikos II Qareginə qarşı hazırkı prinsipial mövqeyini axıra qədər qətiyyətlə davam etdirməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" hesabında paylaşdığı videoda olduqca aktual mövzuya toxunub. Baş nazir keşişləri siyasiləşməkdə ittiham edib və bütün ermənilərin katalikosu II Qareginin kilsəni siyasi partiyaya çevirdiyini bildirib. O, kilsənin siyasi partiyaya çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Ekspertlərə görə, Paşinyan haqlıdır. Bu gün erməni Kilsəsi dini mərkəzi yox, həqiqətən də məhz radikal siyasi təşkilatı xatırladır. Ancaq Paşinyan bir həqiqəti də başa düşməlidir ki, Kilsənin siyasi partiyaya, ideoloji təxribat mərkəzinə, terror yuvasına çevrilməsi yalnız son dövrlərin təzahürü deyil. Bu mənada Erməni Apostol Kilsəsinin siyasi partiyaya çevrilməsini təkcə II Qareginin adıyla bağlamaq düzgün olmazdı. 

Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Eçmiədzin (Üç müədzin) artıq 200 ilə yaxındır ki, öz ilkin təyinatından uzaqlaşaraq siyasi təsisata və şər yuvasına çevrilib, daha doğrusu, çeviriblər. Ekspert bildirib ki, bu, çar Rusiyasının Cənubi Qafqazla bağlı geosiyasi hədəflərinin əsas tərkib hissələrindən biri idi: "Erməni kilsəsi Cənubi Qafqazda Türk-İslam faktorunun zəiflədilməsi və Türk dünyasının parçalanması prosesində çarizmin maşası rolunda çıxış edib. Türklüyə qarşı milli ədavət zəminində nifrət, azərbaycanafobiya xarakterli irqçilik təbliğatları da məhz kilsə vasitəsilə zaman-zaman həyata keçirilib. Başqa sözlə desək, erməni kilsəsi "dini qurum" adı altında maskalanaraq, əsl həqiqətdə isə çarizmin Cənubi Qafqazda "Parçala və hökm sür" siyasətinin həyata keçirilməsində əsas rol oynayıb. Bu siyasət müəyyən korrektələrlə bu gün də davam edir. Belə ki, Erməni Apostol Kilsəsi məhz Kremlin diktəsi ilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyana qarşı açıq şəkildə müxalif mövqeyə keçib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və yekun sülhün əldə edilməsinə mane olmaq üçün kilsənin bütün resursları işə salınıb və son vaxtlar bütün radikal keşişlər hərəkətə gətirilib. II Qaregin isə bu prosesdə sadəcə icraçı fiqurdur. Erməni kilsəsinin faktiki siyasi partiyaya çevrilməsi II Qareginin öz ağlının məhsulu deyil. Qaregin məhz Kremlin tapşırıqlarını yerinə yetirərək sülhə qarşı çıxışlar edir. Tarixən də həmişə belə olub. Son 200 ildə erməni katolikosları qeydsiz-şərtsiz olaraq məhz Kreml tərəfindən təyin olunublar və bilavasitə onun siyasi-ideoloji xəttini həyata keçiriblər".

Siyasi şərhçinin fikrincə, Nikol Paşinyan sülh prosesinə mane olan qüvvələri tam olaraq neytrallaşdırmaq, zərərsizləşdirmək istəyirsə, ilk növbədə məhz kilsənin depolitizasiyasını (siyasətsizləşdirmə) və denasifikasiyasını (radikal millətçilikdən təmizləmə) həyata keçirməlidir: "Bunun ardınca isə Erməni Apostol Kilsəsini Rusiyanın təsir dairəsindən uzaqlaşdırmalıdır. Katolikoslara və keşişlərə siyasi çıxışlar etmək qadağan olunmalıdır. Kilsənin funksiyası yalnız və yalnız dini mərasimlərin icra olunmasıyla məhdudlaşdırılmalıdır. Məhz bu cür sərt profilaktik tədbirlər nəticəsində kilsənin davakarlığını cilovlamaq, onun sıravi ermənilərin beyinlərini millətçi-faşizm ideyaları ilə zəhərləməsinin qarşısını almaq mümkündür. Bu baxımdan Paşinyan katolikos II Qareginə qarşı hazırkı prinsipial mövqeyini axıra qədər qətiyyətlə davam etdirməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri