Icma.az
close
up
RU
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR

Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ildəki 44 günlük müharibədən sonra Cənubi Qafqazda regional reallıqlar kəskin şəkildə dəyişib. Azərbaycanın qələbəsi ilə nəticələnən bu savaş təkcə Ermənistanın ərazi iddialarını deyil, həm də ideoloji dayaqlarını sarsıdıb. Bu prosesdə əvvəlcə erməni diasporası zəifləyib, indi isə hədəfdə Ermənistanın minilliklər boyu formalaşmış simvolik dayağı olan Erməni Apostol Kilsəsidir.

Qeyd edək ki, son illərdə erməni diasporası da görünməmiş zəifləmə dövrünə qədəm qoyub. Müharibədən əvvəl ABŞ, Fransa, Rusiya və digər ölkələrdəki erməni lobbi təşkilatları Ermənistan siyasətinə ciddi təsir göstərirdi. Lakin 2020-ci ildəki məğlubiyyətdən sonra bu strukturlar həm maliyyə, həm də nüfuz baxımından ciddi itkilərə məruz qalıb.

Diaspor təşkilatlarının artıq Ermənistandakı real siyasi proseslərə təsir imkanları kəskin azalıb. Onların əsas ideoloji dayaqları olan “Artsax mübarizəsi”, “erməni soyqırımı” mövzuları da dünya miqyasında aktuallığını itirib.

Erməni kilsəsi: kimlikdən siyasətə uzanan yol

İndi isə növbə erməni kilsəsindədir. Kilsənin zəifləməsi diasporun siyasi iflasını tamamlayan son həlqə kimi görünür. Tarixən erməni milli kimliyinin formalaşmasında və qorunmasında mühüm rol oynamış Apostol Kilsəsi xüsusilə Osmanlı imperiyası dönəmində və Sovet Ermənistanı zamanında təkcə dini deyil, siyasi və ideoloji güc kimi də çıxış edib. Kilsə öz təsir dairəsini yalnız dini ayinlərlə məhdudlaşdırmayıb, həm də diaspor təşkilatları ilə sıx işləyərək “Böyük Ermənistan” ideyasının qoruyucusuna çevrilib.

Son onilliklərdə artıq başa çatan Qarabağ məsələsində Apostol Kilsəsi açıq şəkildə Ermənistanın işğal siyasətini dəstəkləyib. Qarabağ bölgəsində dini abidələrin “erməniləşdirilməsi”, işğal olunmuş ərazilərdə kilsə təsisatlarının yerləşdirilməsi və münaqişəyə “müqəddəs mübarizə” donu geyindirilməsi bu xəttin tərkib hissəsi olub.

Paşinyanla qarşıdurma: müqəddəs taxt-tac tarixə qovuşur

Hazırda isə Ermənistanda hökumətlə kilsə arasında münasibətlər bəlkə də tarixinin ən gərgin mərhələsinə qədəm qoyub. Baş nazir Nikol Paşinyanın uzun müddətdir kilsəni siyasi müxalifət kimi gördüyü məlumdur. Amma son hadisələr - II Qareginə qarşı kampaniya, keşiş Baqrat Qaltsanyanın həbsi, kilsəyə və onun rəhbərlərinə qarşı ardıcıl basqınlar bu qarşıdurmanı açıq savaşa çevirib.

Paşinyan tərəfdarları keşişlərin revanşist çağırışlarını və Rusiya yönümlü ritorikalarını əsas gətirərək onların “dövlət təhlükəsizliyinə təhdid” olduğunu bildirir. Bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Qaltsanyanın evinə yenidən basqın etməsi ictimai rəyə bir mesaj idi: “kilsə artıq güc mərkəzi deyil.”

Yeni Ermənistan: kimliksizlik siyasi elita...

Paşinyanın “Yeni Ermənistan” layihəsi çərçivəsində həm köhnə siyasi elitaya, həm də kilsə-diaspora tandeminə qarşı mübarizə aparması ideoloji boşluq yaradıb. Millət və dövlət kimliyini dini simvollardan və tarixi mifologiyadan ayırmağa çalışan Paşinyan bu gün kilsəni sıradan çıxarmaqla Ermənistanı modernləşdirdiyini iddia edir. Lakin bu, əslində ölkənin dərin bölünməsinə, ənənəvi dayaqların çökməsinə səbəb olur.

Əgər bu proses bu şəkildə davam edərsə, erməni diasporundan sonra erməni kilsəsi də tarixi funksiyasını itirərək simvolik instituta çevriləcək. Reallıq isə budur ki, bu çöküş təkcə simvolların deyil, həm də uzun illər revanşizmlə bəslənmiş ideologiyanın sonudur.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri