Icma.az
close
up
RU
“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Erməni kilsəsi tarixən yalnız dini institut kimi deyil, eyni zamanda ermənilərin etnos olaraq formalaşmasında, xəyali dövlətçilik anlayışının və ideologiyasının yaradılmasında əsas rol oynayıb. Onun sözlərinə görə, erməni cəmiyyəti uzun illər milli-siyasi baxımdan kilsə rəhbərliyi olmadan fəaliyyət göstərə bilməyib”.

Bu fikirləri politoloq Sədrəddin Soltan Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.

O qeyd edib ki, Erməni kilsəsi təkcə dini mərkəz olmayıb, eyni zamanda ermənilərin milli-siyasi idarəetmə mexanizmi kimi çıxış edib: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə isə həmin ərazilərdə illərlə aparılan kilsə mərkəzli saxta ideoloji və mifoloji təbliğat da faktiki olaraq sıradan çıxarıldı. Erməni kilsəsinin rəhbərliyi tarixən müstəqil olmayıb və əsasən xarici mərkəzlər tərəfindən idarə olunub. Xüsusilə Rusiya və Fransa bu proseslərdə əsas rol oynayıb. Müxtəlif dövrlərdə Yunanıstan və Suriya faktoru da müşahidə edilib. Kilsə faktiki olaraq bu mərkəzlərin ideoloji alətinə çevrilib.

2020-ci ilin 44 günlük Vətən müharibəsi erməni kilsəsinin üzərində qurduğu ideoloji mifləri darmadağın etdi.Bu müharibə təkcə Ermənistan ordusunun deyil, eyni zamanda kilsənin saxta ideoloji dayaqlarının da çöküşü oldu.Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, xüsusilə 44 günlük müharibənin nəticələrini qəbul etməklə Ermənistanda yeni siyasi xətt formalaşdırmağa başladı.Bu yeni quruculuq prosesi Ermənistan cəmiyyətinin mövcud destruktiv ideoloji təsirlərdən, ilk növbədə isə rəsmi kilsənin düşüncə sistemindən xilas edilməsini hədəfləyirdi. Məhz buna görə də Paşinyan hökuməti kilsəni əsas hədəf kimi müəyyənləşdirdi”.

Onun fikrincə, Paşinyan islahatlara ordudan başlayaraq xarici təsirə xidmət edən ‘beşinci kolon’ elementlərini neytrallaşdırmağa çalışıb: “Parlament, dövlət məmurları, iri biznes strukturları bu təsirdən uzaqlaşdırıldıqdan sonra növbə kilsəyə çatdı. Hazırda məqsəd erməni kilsəsini də bu təsir dairəsindən çıxarmaq və onun cəmiyyətdəki aparıcı ideoloji-siyasi rolunu zəiflətməkdir. Erməni kilsəsi uzun illər Ermənistan cəmiyyəti üçün əsas problem və təzyiq mənbəyi olub: “Cəmiyyəti reallıqdan uzaq, mümkünsüz və avantürist iddiaların arxasınca aparan bu institut əslində xarici mərkəzlərə xidmət edən ideoloji dəllallar tərəfindən idarə olunub”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri