Icma.az
close
up
RU
Paşinyan erməni disporuna qarşı duruş gətirəcək Tural Gəncəliyev

Paşinyan erməni disporuna qarşı duruş gətirəcək Tural Gəncəliyev

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş nazir böyük ehtimalla 24 aprel tarixində Türkiyəni qıcıqlandırmayan, yumşaq variant seçəcək


Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə müxalif "Ermənistan" blokunun nümayəndələri arasında dava düşüb. Dava deputatlar Geqam Manukyan və Vae Qalumyan arasında baş verib. Mübahisə "Ermənistan" fraksiyasının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu qanun layihəsinin təqdim edilməsinə dair bəyanatından sonra başlayıb.

 Parlament sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tələb edib, bundan sonra zala hüquq-mühafizə əməkdaşları daxil olub. Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan "Ermənistan" fraksiyasının tərkibinə daxil olan müxalifətçi "Daşnaksütyun" Partiyasının nümayəndələrinə qarşı tənqidi fikirlər səsləndirmişdi. "Ermənistan" Partiyasından olan deputat Artsvik Minasyan bildirib ki, onun siyasi qüvvəsi "soyqırımın" inkarına görə cəza nəzərdə tutan qanun layihəsini hazırlayır. Qarşıdurma ilə əlaqədar Simonyan 20 dəqiqəlik fasilə elan edib. İclas zalında vəziyyət sabitləşib. Mart ayında Baş nazir Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə verdiyi müsahibədə 1915-ci ildə Osmanlı imperiyasında "erməni soyqırımı"nın beynəlxalq tanınmasının Ermənistanın xarici siyasət prioritetlərinə daxil olmadığını bildirmişdi. Məlumata görə, Moskva küçələrində qondarma “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan çox sayda plakat yerləşdirilib. Plakatların Rusiya ermənilərinin təşəbbüsü ilə paytaxtın müxtəlif ərazilərində asıldığı açıqlanıb. Həmçinin 110 illik çərçivəsində müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığı bildirilir. Paralel olaraq isə Ermənistanda hökumətin bu çərçivədə keçirilən tədbirlər və kampaniyaları məhdudlaşdırmağa çalışdığına dair məlumatlar yayılır. Qeyd edək ki, ermənilər aprelin 24-nü qondarma “soyqırımı” günü adlandırırlar. Dünyanın müxtəlif ölkələrində ermənilər bununla bağlı tədbirlər keçirir, Türkiyə və Azərbaycana qarşı şüarlar səsləndirirlər. Hətta bəzi ölkələr və parlamentlər bu saxtakarlığı tanıyıb. 2019-cu ilin oktyabrında ABŞ-də konqresin Aşağı palatası qondarma erməni "soyqırımı"nı tanıyıb. 


Millət vəkili Tural Gəncəliyev "Sherg.az"a deyib ki, Ermənistan Cənubi Qafqazda ən zəif oyunçudur. Deputatın sözlərinə görə, 44 günlük müharibədən, ermənilərin işğalçılıq siyasətinə son qoyulduqdan sonra Ermənistan əvvəlki resurslara malik deyil ki, yenidən Azərbaycana, o cümlədən güclü Türkiyəyə qarşı qondarma "soyqırımı" kartını işə salsın:

 "Qondarma erməni "soyqırımı"ı illər ərzində Ermənistanın xarici siyasətinin və Ermənistanın havadarlarının Türkiyəyə qarşı əllərində bir alət olub. Mən Azərbaycan Xarici İşlər Nazirliyində işlədiyim müddətdə Kanada və Çexiyada səfirliklərdə çalışmışam. Həmin dövrlərdə erməni diasporunun, səfirliyin sadəcə bir işi var idi. Erməni səfirləri fəaliyyət göstərdikləri ölkələrdə hər il qondarma "soyqırımı"nın ildönümünü qeyd edir, o məsələ üzərindən öz siyasətlərini qururdular. Zamanla bundan Qərb ölkələri, Avropa özü də bezdi. Xüsusən, Avropanın böhran içində olduğu və Türkiyənin gücünün daha da böyüdüyü, ABŞ və Türkiyənin münasibətlərinin yaxşılaşdığı bir vaxtda erməni diasporu "soyqırımı" məsələsi ilə bağlı xüsusi addım atmaq, Türkiyəyə təzyiq göstərmək gücündə və marağında deyillər. Bu məsələnin arxasında hələ də Fransa durur. Ancaq saxta "soyqırımı" məsələsi Ermənistana müsbət heç nə vəd etmir. Böyük ehtimal Nikol Paşinyan bu dəfə öz sələflərindən fərqli olaraq 24 aprel tarixində Türkiyəni qıcıqlandırmayan, yumşaq variant seçə bilər. Ola bilər, uydurma abidə önünə əklil qoysun, amma Türkiyə əleyhinə sərt sözlərdən istifadə edəcəyinə, türkləri ittiham edəcəyinə qətiyyən inanmıram. Bu da başadüşüləndir. Türkiyə ilə indi sərt formada danışmaq Ermənistana heç bir dividend gətirməz. Əksinə, Ermənistanı divarın küncünə daha çox qısnayacaq bir hərəkət olar". 


Parlament üzvü vurğulayıb ki, erməni diasporu hazırda N.Paşinyana ciddi təzyiq göstərir: 

"Beynəlxalq hüquqda bir məsələ var. Ermənistan öz tarixi keçmişi ilə bağlı bir məsələni bəhanə edərək beynəlxalq hüquqa söykənən münasibətləri tənzimləyə bilməz. 1969-cu il beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası var. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, heç bir ölkə öz daxilindəki məsələni əsas gətirərək beynəlxalq öhdəlikdən qaça bilməz. Ermənistan qondarma "soyqırımı" məsələsini bəhanə edərək Türkiyə ilə münasibətlərə zərər vurur, qardaş ölkəyə qarşı qarayaxma kampaniyası aparırdı. Yaxud Ermənistan öz Konstitusiyasındakı ərazi iddialarını, Konstitusiya Məhkəməsinin qərarlarını əlində bəhanə tutaraq Azərbaycana qarşı hücumlarını davam etdirirdi. Bu mexanizm artıq işləmir. Erməni diasporu Paşinyana təzyiq etsə də, baş nazir ölçür-biçir və sonra addım atır. Məntiqlə baxsaq, Paşinyan Türkiyə ilə münasibətləri erməni diasporu ilə əlaqələrdən daha önəmli tutmalıdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri