Icma.az
close
up
RU
ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda davam edən hakimiyyət-kilsə qarşıdurmasının hökumətin yaydığı “Apostol Kilsəsindəki böhran və həll yolları” haqda hesabatı ilə yeni mərhələyə keçdiyi müşahidə edilir. 

Baş Nazir Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin hazırladığı 80 səhifəlik hesabatda problemin həlli məqsədilə “beş mərhələli yol xəritəsi” təklif olunur.

1. İslahat gündəliyinin yenidən müəyyən edilməsi.

2. Erməni Qriqorian Kilsənin faktiki rəhbərinin təqaüdə göndərilməklə vəzifədən kənarlaşdırılması.

3. Katolikosat Vikarının (Katolikosluq vikarı – kilsənin idarəetməsində vəzifəli şəxs, yaxud köməkçi-red) seçilməsi.

4. Erməni Apostol Kilsəsinin Vahid Nizamnaməsinin qəbul edilməsi.

5. Bütün ermənilərin katolikosunun seçilməsi.

Bu “yol xəritəsi” Paşinyana qarşı çıxan II Qareginin istefaya göndərilməsi və onun komandasının kilsənin idarəetməsindən uzaqlaşdırılmasını nəzərdə tutur. Ermənistan hakimiyyəti kilsənin təmizlənməsini əsaslandırmaq üçün ciddi ittihamlar da irəli sürür. Bura keşişlərin, konkret II Qareginin “subaylıq andını pozması”, tabe olmayan ruhanilərin təqib edilməsi, kilsə əmlakından sui-istifadə edilməsi və maliyyə hesabatlılığının olmaması, qohumluğa əsaslanan təyinatlar, klan üsul-idarəçiliyindən istifadə, dinin siyasiləşdirilməsi, xarici təsirlərin yayılmasında iştirak kimi iddialar daxildir. Bütün bunlar Ermənistan hökumətinin hazırladığı hesabatda öz əksini tapır, eyni zamanda, kilsənin vahid konstitusiyasının olmaması, diaspor yeparxiyalarının bölünməsi də əsas problemlər sırasında göstərilir.

Hesabatın yayıldığı və ciddi müzakirələrə yol açdığı ərəfədə BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edən baş nazir Nikol Paşinyan məsələyə Nyu-Yorkdan münasibət bildirib. Paşinyan bəyan edib ki, bu hesabat kilsənin Ktriç Nersisyan (II Qaregenin ad və soyadı-red) və onu dəstəkləyən bir qrup ruhani, eləcə də dünyəvi şəxs tərəfindən işğal edildiyini sübut edir. Erməni baş nazir “dünyəvi şəxs” dedikdə müxalifəti, xüsusilə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı, həmçinin, “Güclü Ermənistan” partiyası ilə siyasətə atılan milyarder Samvel Karapetyanı, onların komandasını nəzərdə tutur.

Mövcud müxalifət və kilsənin eyni cəbhədə yer alması Ermənistan hakimiyyəti üçün ciddi narahatlıq yaradır.

Birincisi, kilsənin siyasi müxalifətə olan inamı bərpa etməsindən ehtiyatlanırlar.

Koçaryan-Sarkisyan cütlüyünün liderliyi erməni cəmiyyətində müxalifətə olan etibarı zəiflədir, hətta hakimiyyətdən narazı kəsimlər belə onları alternativ kimi görmürlər. Samvel Karapetyan siyasətdə yeni fiqur kimi son seçkilərdə Koçaryan və Sarkisyandan daha çox səs toplasa da, onun bu siyasətçilərlə eyni mövqedən çıxış etməsi, xüsusilə revanşizm çağırışları ictimai rəydə şübhələrə yol açıb. Siyasətçilərdən fərqli olaraq, erməni cəmiyyətində kilsəyə inam daha güclüdür və Qareginin dəstəyi müxalifətin ictimai rəydəki mövqeyini də gücləndirir.

İkincisi, kilsənin xarici oyunçularla əlaqələrindən şübhələnirlər.

Erməni kilsəsinin həm region, həm də Qərb ölkələri ilə ciddi əlaqələrə, həmçinin, erməni diasporu üzərində təsir imkanlarına malik olduğu sirr deyil. Bu, Ermənistana kənar müdaxilə risklərini artıran və hakimiyyətə təhlükə yaradan amildir.

2024-cü ildə keşiş Baqratın (Baqrat Qalstyan) “Vətən üçün Tavuş hərəkatı” adı altında İrəvana qədər yürüməsi əslində kilsənin siyasətə aktiv qoşulması və Paşinyanı devirmək məqsədilə müxalifətə liderlik etmək addımı olaraq, qiymətləndirilirdi. Ermənistan hakimiyyəti isə Baqratın hərəkatınının arxasında xarici qüvvələrin olduğu iddiasından çıxış edirdi. Tavuşdan başlanan, İrəvanda davam edən bu hərəkat Paşinyana hakimiyyətini qorumaq üçün kilsəni tamamilə nəzarətə götürmək zərurətini yaratdı. Baqratın həbs edilməsi, ardınca Qareginə yaxın ruhanilərə qarşı cinayət işlərinin açılması hakimiyyət-kilsə toqquşmasını daha da kəskinləşdirdi.

7 iyun parlament seçkiləri hakimiyyət-kilsə toqquşmasında həlledici an hesab olunurdu. Çünki Paşinyanın seçkiyə qədər kilsənin siyasətə müdaxiləsini neytrallaşdırmaq istiqamətində kəskin addım atacağı gözlənilirdi. Lakin bu baş vermədi, ehtimallara görə, Ermənistan hakimiyyəti seçkidən öncə kilsəyə qarşı hücumu genişləndirməklə səs itirəcəyini proqnozlaşdırıb. Seçkidən sonra isə müxalifətin neytrallaşdırılması və kilsəni nəzarətə götürmək prosesinə start verdildiyi görünür. Əvvəlcə Koçaryan və Sarkisyana qarşı yeni cinayət işi açan Ermənistan hakimiyyəti indi də II Qaregin və dəstəsinə qarşı hərəkətə keçir. “Apostol Kilsəsindəki böhran və həll yolları” haqda hesabat bu prosesdə əsas istinad nöqtəsi ola bilər.

Kilsəyə qarşı irəli sürülən ittihamlarda “subaylıq andının pozulması”nın xüsusilə vurğulanması maraqlıdır. Söhbət Qareginin monax əhdini pozması və övlad sahibi olması haqqındakı iddialardan gedir. Ermənistan hakimiyyətinin bu məsələ üzərində xüsusilə dayanması Qaragenin ictimai rəydəki “müqəddəs obrazını” darmadağın etmək məqsədi daşıyır. Bu iddialar ispatlanarsa, Qareginə olan ictimai dəstək ciddi şəkildə azala bilər. Qaregin isə bildirir ki, əgər hansısa cinayət, yaxud günah bir ruhaniyə aid edilirsə, bu, müvafiq instansiyalara təqdim olunmalı, araşdırılmalı və qərar qəbul edilməlidir. O, iddiaların kilsə instansiyasında araşdırılmasını istəyib. Qaregin bununla kilsə məhkəməsinin onun xeyrinə qərar çıxaracağına ümid edir.

Bundan sonra nə olacaq?

II Qaregin və dəstəsi ilə bağlı hesabatın dərc edilməsindən sonra bu sual ətrafında cavab axtarışı maraqlıdır. Çünki kilsəni tam nəzarətə götürmək planından imtina etməyən Paşinyanın geri addım atmayacağı görünür. Məlumatlara görə, Paşinyan kilsə ilə bağlı hesabatı parlamentin istintaq komitəsinin müzakirəsinə çıxarmağı planlaşdırır.

“Vətəndaş müqaviləsi” partiyasından olan deputat Hasmik Akopyan bildirib ki, kilsənin fəaliyyəti ilə bağlı yeni qanunvericilik təşəbbüsləri irəli sürülə bilər. Akopyan vurğulayıb ki, əsas narahatlıq doğuran məsələ kilsədə ianələrin xərclənməsi ilə bağlı şəffaflığın olmamasıdır.

Bu, Ermənistan hakimiyyətinin kilsəyə qarşı mübarizəni qanunvericilik müstəvisinə keçirəcəyi deməkdir. Bununla yanaşı, “subaylıq andının pozulması”, yaxud qeyri-əxlaqi davranışlar kimi II Qaregin və ona yaxın keşişləri nüfuzdan salacaq məlumatların yayılması da gözləniləndir.

Nəriman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri