Icma.az
close
up
RU
Paşinyandan revanşistlərə SARSIDICI ZƏRBƏ II Qaregin üçün “əcəl zəngləri” ÇALINIR

Paşinyandan revanşistlərə SARSIDICI ZƏRBƏ II Qaregin üçün “əcəl zəngləri” ÇALINIR

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan baş naziri Nikol Paşinyan revanşistlərə son zərbəni vurmağa hazırlaşır.
Mətbuatın yazdığına görə, Paşinyan artıq hakimiyyətin maraqlarına xidmət edən və fəaliyyət planı hazırlayan din xadimlərindən ibarət qrupun formalaşdırıb.
İddialara görə, bu din xadimləri keşişləri II Qareginə qarşı qaldırmalıdır. Bu qrupun fəaliyyəti isə erməni kilsəsində narazılıq yarada və keşişlərin II Qareginə qarşı qiyamına gətirib çıxara bilər.
Nəticədə II Qaregin Eçmiədzindəki iqamətgahını boşaltmağa və vəzifəsini tərk etməyə məcbur olacaq.
 

Erməni mətbuatının iddiasına görə, II Qaregin tərəfindən ruhani dərəcəsindən məhrum edilmiş Ter Aram (Stepan Asatryan) katolikosun əleyhinə gedən din xadimləri qrupuna başçılıq edəcək. Hətta Ter Aramın istədiyi kimi hərəkət etmək üçün hakimiyyətdən bütün zəmanətləri aldığı bildirilir.


Belə bir vəziyyətin yaranması onu göstərir ki, Paşinyan II Qareginə qarşı son hücumu həyata keçirməyə hazırlaşır.
Baş nazir artıq Eçmiədzinə öz adımını gətirir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, artıq Paşinyan II Qareginlə münarizədə qəti hücuma keçərək, katolikosluğa öz adamını gətirmək ərəfəsindədir:
“Parlament seçkiləri ərəfəsində Paşinyan erməni kilsəsinin hazırkı rəhbərliyilə ölüm-dirim savaşına girib. O, nəyin bahasına olursa-olsun II Qaregini Eçmiədzindən uzaqlaşdırmağa çalışır. Səbəb isə kilsənin müxalifətlə birləşməsidir. Paşinyan anlayır ki, bu qüvvələri sarsıtmadan parlament seçkilərini udmaq qeyri-mümkündür. Bu mübarizədə Paşinyan elə etməlidir ki, II Qaregin haqsız yerə incidilmiş, zavallı təəssüratı bağışlamasın. Çünki belə bir təəssüratın yaranması Qareginin nüfuzunu bir qədər də artıra bilər”.
Ekspertin fikrincə, Paşinyan üçün II Qareginin kimlə əvəz edilməsi həlledici əhəmiyyət daşımır:
“Bu Stepan Asatryan və ya başqa birisi də ola bilər. Əsas məsələ Qaregini uzaqlaşdırmaqdır. Kilsə nümayəndələrindən bu fonda kim önə çıxacaqsa, Qareginə qarşı mübarizədə daha çox rəğbət qazanacaqsa, Paşinyan da Eçmiədzinin yeni rəhbəri qismində onu dəstəkləyəcək. Amma onun konkret hansısa bir namizəd üzərində dayandığını zənn etmirəm. Güman ki, bir neçə namizəd ətrafında müzakirələr gedəcək və onların arasından ən əlverişli olanın namizədi dəstəklənəcək”.
Həmsöhbətimiz düşünür ki, hazırda bu posta gətiriləcək yeni katolikos qismində Stepan Asatryan favorit görünür:
“Ancaq yəqin bu son qərar deyil. Hadisələrin gedişində II Qaregini əvəzləyəcək yeni fiqurların ortaya çıxması da tamamilə mümkündür”.  
Rüfət Sultan, Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri