Icma.az
close
up
RU
Ermənistan üçün əcəl zəngi

Ermənistan üçün əcəl zəngi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Sərhədlərimizdə eşidilən “atəş nəğməsi” məğlub ölkənin sabahı haqqında nə deyir?

Son günlər Ermənistan müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda, təxribatlar törətməkdədir. Bu təxribatların sülh sazişi ilə bağlı danışıqlarının uğurla başa çatmasından sonra da davam etməsi, İrəvanın hələ də revanşist niyyətlərdən əl çəkmədiyini, son anda belə proseslərin hansısa şəkildə onun xeyrinə dəyişəcəyinə ümid etdiyini göstərir. Halbuki, istər iki dövlət arasında hərbi-iqtisadi baxımdan mövcud olan nəhəng fərq, istərsə də primitiv məntiq və analiz Ermənistanın belə  bir şansa malik olmadığından xəbər verir. Bu isə o deməkdir ki, İrəvanın mövcud reallıqları qəbul etmək istəməməsinin yaxın gələcəkdə bütün Ermənistanın faciəsinə çevrilməsi ehtimalı yüksəkdir.

Bu mənada ermənilərin əsgərlərimizə açdığı hər bir atəş Ermənistan üçün əcəl zəngi hesab edilə bilər. Çünki hər belə atəş Azərbaycanın səbr kasasını dolduran bir damla olmaqla yanaşı, Ermənistan üçün sonun başlanğıcını da yaxınlaşdırmaqdadır.

Şübhəsiz, sərhədlərimizdə eşidilən atəş nəğməsi Ermənistanın sabahına, onun təhlükəsizliyinə yaxşı heç nə vəd etmir. Əksinə, İrəvan törətdiyi hər təxribatla Ermənistanı məhvə doğru daha bir addım yaxınlaşdırmaqda, bununla da öz yaşam şansını azaltmaqdadır.

Hələliksə, Ermənistan sərhədlərimizdə təxribata cəhd etməklə var olduğunu, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni status-kvo ilə faktiki olaraq barışmadığını göstərməyə çalışır. İrəvan həmçinin, ordumuzun mövqelərinə açılan hər atəş səsindən ruhi-mənəvi baxımdan güc almağa, özü-özünü təsəlli etməyə cəhd edir. Lakin unudur ki, Azərbaycan Ordusu “danışmağa başlayanda” bu səslər şir nəriltisində itib-batan çaqqal ulartısı kimi eşidilməz olacaq və bir daha eşidilməmək üzrə kəsiləcəkdir.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri