Icma.az
close
up
RU
Erməni lobbisinin nökərinə çevrilən Makron

Erməni lobbisinin nökərinə çevrilən Makron

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan Prezidenti Fransanın neomüstəmləkəçilik siyasətini növbəti dəfə ifşa etdi, Makronun riyakar simasını bir daha hamıya göstərdi. Dövlətimizin başçısının dekabrın 17-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru və “Rossiya-1” telekanalının “Vesti nedeli” proqramının aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər, dilə gətirdiyi həqiqətlər Fransa prezidenti Emmanuel Makronun siyasi karyerasına öldürücü zərbədir. Makron bu zərbəni haqq etmişdi. Çünki o, təcavüzkar Ermənistanın yanında dayanaraq ölkəmizə qarşı ədalətsiz siyasət yürüdürdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi Fransa Azərbaycanı nüfuzdan salmaq üçün hər üsuldan istifadə edirdi. Erməni lobbisinin nökərinə çevrilən Makron Azərbaycanla münasibətlərin korlanmasının əsas günahkarıdır.
Əlbəttə, biz Fransa ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə təəssüf edirik. Azərbaycan tərəfi istəməzdi ki, bu, belə olsun. Rəsmi Bakı hər zaman Fransa ilə yaxşı münasibətlərin tərəfdarı olub. Bu məqamı Prezident İlham Əliyev də sözügedən müsahibəsində xüsusi olaraq vurğuladı: "Bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var... Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular".
Bəs, arada nə baş verdi ki, Fransanın Azərbaycana qarşı münasibəti birdən-birə bu qədər mənfiyə doğru dəyişdi? Cənab Prezident haqlı olaraq bunun səbəbini 44 günlük müharibə ilə, bizim öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etməyimizlə əlaqələndirir. Bəli, İkinci Qarabağ müharibəsindən sonra Makron Fransası gerçək simasını (daha doğrusu, simasızlığını) ortaya qoydu. Fransa prezidenti bizim müstəqil siyasət yürütməyimizi və öz suverenliyimizi bərpa etməyimizi heç cürə həzm edə bilmirdi. Çünki 44 günlük müharibənin nəticələri və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatı həm mənfur "status-kvo"nu ləğv etməklə, həm də Qarabağda erməni separatizminin kökünü kəsməklə Fransanın neoimperialist geosiyasi planlarını alt-üst etmişdi.
Eləcə də ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsi ilə Fransanın həmsədrlik statusuna da son qoyulmuşdu. Əlbəttə, bütün bunların Fransanın ifrat ambisiyalı və hikkəli prezidentini qıcıqlandırması gözlənilən idi. Ona görə də məhz Makronun təşəbbüsü ilə Fransa tərəfi BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycan əleyhinə qətnamələrin qəbul olunmasına, həmçinin Avropa İttifaqı tərəfindən ölkəmizə qarşı sanksiyaların tətbiqinə cəhd göstərdi. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bu cəhdlər uğursuzluğa düçar oldu: "Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər".
Fransanın hal-hazırda Azərbaycana qarşı apardığı dezinformasiya və qaralama kampaniyası bu ölkənin neomüstəmləkəçi mahiyyətindən qaynaqlanır. Azərbaycanın fransız kolonializminin iyrənc simasını ifşa etməsi Yelisey Sarayında qıcıq doğurur. Azərbaycan Fransanın "dənizaşırı ərazilər" adlandırdığı kiçik dövlətlərin təbii ehtiyatların amansız şəkildə istismar etməsini, talamasını dünya gündəminə daşıyır. Rəsmi Bakı Makron diktaturasının, Makron rejiminin Yeni Kaledoniyada, Mayot adasında, digər yerlərdə törətdiyi qanunsuzluqları, zorakılıqları ifşa edir. Azərbaycan Prezidentinin çıxışları Fransa liderinin ədalətsiz siyasətinin güzgüsünə çevrilir. Makron isə Bakıdan ona ünvanlanan haqlı tənqidlərdən ciddi nəticə çıxarmaq və öz siyasətinə düzəliş etmək əvəzinə Azərbaycanı, onun liderini hədəfə alır. Yelisey Sarayı müxtəlif qeyri-hökumət təşkilatlarını, o cümlədən Fransa mediasını öz “zəncirli köpəkləri” qismində Azərbaycan Prezidentinin üzərinə qısqırdır.
Afrikada, Sahel regionunda iflasla üzləşən, Niger, Burkino-Faso və Malidən qovulan, Çaddan çıxmağı tələb olunan, Seneqalda, Livanda uğursuzluqla, Azərbaycanda və Gürcüstanda tam iflasla qarşılaşan Fransa, eyni zamanda, məhz Makronun uğursuz siyasəti ucbatından hazırda həmçinin daxili siyasi böhran məngənəsində çabalayır. Beləliklə, Fransanın beynəlxalq nüfuzu gün-gündən sarsılır, ölkə daxilində isə siyasi təlatümlər səngimək bilmir. Bu da Fransanı perspektivdə daha böyük uğursuzluqlara doğru sürükləyir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir".
Ona görə də Makron xarici siyasətdəki uğursuzluqların və daxili siyasətdə baş verən hərc-mərcliklərin qarşısını almaq üçün "günah keçisi" axtarmaq və naftalindən çıxarılmış Mişel Barnye, Fransua Bayru kimi "siyasi meyit"ləri baş nazir postuna gətirib, onlardan sipər kimi, "qurbanlıq quzu" kimi istifadə etmək əvəzinə, ilk növbədə özünə, özünün sərsəm siyasətinə çəki-düzən verməlidir. İlham Əliyevin tövsiyə etdiyi kimi Makron böyük dəyişikliklərə elə özündən başlamalıdır. Cənab Makron Azərbaycana zərər vermək əvəzinə, ölkəsini iflas həddinə çatdırmasının səbəbləri barədə düşünməlidir. Ümumiyyətlə, Fransa prezidenti İlham Əliyevin ismarıc və tövsiyələrindən ciddi nəticə çıxarmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi onların bizə batırmaq istədikləri dişləri artıq sınıb, heç olmasa, qalanlarını qoruyub saxlasınlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri